Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə59/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   51   52   53   54   55   56   57   58   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Deyərlər, 



ölünü 

dəfn 


edib 

qayıdanda 

qəbrstanlıqdan  çıxanda  geri  baxmazlar.  Geri  baxılsa 



kəndin öləni çox olar... 

   


 

İki xanlı kənd... 

 

(Şərur bölgəsinin Qarabağlar kəndindən məktub.  

1971-ci il) 

 

Belə deyirlər ki, bir kəndin iki xanı varmış. Indi görün, 

nece  olar  iki  xanlı  kənd.  Bu  xanın  birinin  adı  Usub 

ağaymış, birinin adı Cabbar xan. Qurd deyərlər, ağız-ağıza 

yatar,  bunlar  da  elə  göz-gözə  yatarlarmış.  Bir-birinin 

ağzından  gözlərini  çəkməzmiş  ki,  görsün  kimin  ağzından 

nə  keçdi.  Görənnən  göz  kirəsi,  deyənnən  söz  kirəsi 

istəyərlərmiş.  Kənddə  deyərdilər:  əkinnən  gələn  xeyir 

Cabbarnan  Usubun,  gedən  kasıbın.  Payları  artıq 

düşdüyündən  günlərin  birində  Usub  ağa  vurub  Cabbarı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

öldürür...  Cabbarın  adamları  yasa  ağıçı  aparmaq 



istəyirlər.    Elə  həmin  kəndin  də  bir  ağı  deyəni  varmış, 

gəlib  onu  yasa  aparırlar.  Ağıçı  arvadın  bir  qısqanc  əri 

varmış,  toyda  da  qısqanarmış,  yasda  da.  Kişinin  həm  də 

Usub  ağadan  da,  Cabbar  xandan  da  zəhləsi  gedirmiş. 

Istəyir,  gələnlərə  yox  desin,  arvada  izin  verməsin.  Yenə 

eldən-obadan  ayıbdı,  deyir,  razılaşır.  Amma  arvadına 

tapşırır  ki,  dediklərinə  fikir  ver,  artıq-əskik  bir  şey  desən 

özünnən  küs.  Nə  isə,  arvadı  ağıçı  kimi,  özü  də  elə  belə, 

arvadın  yanıyla,  gedirlər  Cabbar  xanın  yasına.  Arvad 

başlayır ağı deməyə. 

 Gül açıbdı, “Dəmilər”in çiçəyi, 

Qana batıb Cabbar xanın birçəyi. 

Yığılıbdı Qarabağlar göyçəyi... 

Ağının  elə  bu  yerində  kişi  özünü  saxlaya  bilmir, 

əlində  də  ağac  girir  ağı  deyilən  yerə,  arvadının  qolundan 

tutub  aparır  evə:  Belə-şelə  qızı,  sən  indi  özünə  göyçək 

deyirsən? Cabbar xanın hansı yaxşılığına yaraşır bu sözlər. 

Getsin, dalınca da qara daş. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Camaat  da  onların  dalınca  dağılışırlar.  Cabar  xanın 



dəfni  qalır  ailəsinin  umuduna.  El  Cabbar  xanı  yerdən 

götürmür. 

 

*** 


 

Şəril aşıqlarının yaratdıqları saz havaları var: “Şərili”, 

“Ağır şərili”, “Yüngül şərili”, “Baş şərili”, “Şəril çuxuru”...    

 

*** 



 

Belə  deyirlər  ki,  Şəril  bölgələrinin  birində  Əsəd  oğlu 

Zal  adında  bir  igid  varmış.  İgidin  də  deyərlər,  adı  olar, 

varı-dövləti  olmaz.  Əsəd  oğlu  Zal  da  kasıbmış.Bir 

halalıymış(arvadı),  bir  də  özü.  bir-birilərini  çox 

istəyirmişlər.  

Günlərin  birində  harda  var,  harda  yox,  pristav 

bunlara  qonaq  gəlir.  Pristavın  belə  bir  xasıyyəti  vardı, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

kimin  arvadı  gözə  gəlimlidi,  onlara  qonaq  getməyi 



xoşlayardı.  Kənd  camaatı  bunu  bilirdi...Nə  isə  keçən 

söhbətdi.  Əsəd  oğlu  başdı  (ağıllı)  adam  idi,  bilirdi  ki, 

pristav  xeyirliyə  gəlməyib,  gözlədi.  Gördü  arvada  əl 

uzatmaq  istəyir.  Qalxıb  dinməz-  söyləməz  Pristavı 

öldürdü. Gəlib onu tutdular. El-oba yığılıb ona vəkil tutdu. 

Dindiriş vaxtı vəkil qaçdı. Belə deyirlər ki, el böyükü-kiçikli 

yeridi qol zoruna Əsəd oğlunu azad elədi. Ürəyi soyumadı, 

belə bir qoşma da qoşdu. 

 

Araz aşdı deyirlər, 



Qum qaynaşdı deyirlər. 

Əsəd oğlu kasıbdı, 

Vəkili qaçdı deyirlər...     

 

*** 



 

Motal-motal oyunu... 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 

Oğlanlar  ya  qızlar,  dəstəylə  oturub  ayaqlarını 

uzadırlar, Motalçı-Başçı əlindəki çubuqla yüngülcə onların 

ayaqlarına vura-vura oyunun mahnısını oxuyur. 

 

 

 



Motal-motal dərzi motal, 

 

 

Ellər atar, qaymaq tutar

 

 

Çillə çilik, yeddi milik. 

 

 

Əmim oğlu, çinar boylu, 

 

 

Bir ağac aldı, 

 

 

Haldırım, dedi, huldurum dedi, 

 

 

Ye,iç dedi, qurtul dedi, 

 

 

Vur nağara, çıx qırağa... 

 

   



Sonuncu söz kimə düşərsə, deyərlər:  

-Qarğasanmı? Quzğunsanmı? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarğa  desə  qarr,  eləməlidi,  quzğun  desə  qurr 



eləməlidi... Beləcə, dəstə ayağa durana kimi oyun davam 

edir... 


 

*** 


 

Məsəl  var:  “suyun  üzü  düzdü”  yəni  su,  əyri  qalmaz, 

əyri  qabda  da  düz  dayanır.  Xalq  da,  cəmiyyət  də  elədir, 

yaratdıqları  bir  tərəfli,  daha  doğrusu,  bir  yanlı  deyil, 

yaşadığı, dolaşdığı yerlərə, torpaqlara, ərazilərə özününkü 

edib  ata-anası  kimi  sevməsə  ad  verməz,  yurd-yuva  bilib 

sazına-sözünə 

gətirməz. 

Sazında-sözündə 

hansı 


ucalıqlarda  dayanırsa,  dünyaya  baxışlarıyla,  görüşləriylə 

hansı səviyyədədisə, mətbəxində də o səviyyədədir... 

Bütün  ömrüm  boyu  bunları,  bu  dediklərimi,  bu 

qeydlərimi  bilən  adamlarla  oturub  durmuşam.  Başımı 

qaldıranda  çoxunu  sağ  görmədim,  onlar  mənim  bu 

səpgidə 


bilmədiklərimi 

bilənlər 

idi; 

bilmədiyimi 



öyrənəcəydim,  ama  heç  birini  tapa  bilmədim...  İtgi, 

gecikmək, yuxarıda dediyim kimi vaxtında görmədiyim bu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

iş  Molla  Nəsrəddinin  küləkli  havada  qovud  yeməyi  kimi 



bir şey oldu, çox şeyləri sonacan öyrənə bimədim... 

El  arasında  belə  bir  deyim  var:  “mən  ölü,  siz  qalı...” 

yəni mən də dünyanı tutub durmayacam, günlərin birində 

“köçümü  çəkəcəm”,  Siz,  Azərbaycan  türkləri  kimi 

əbədisiniz,  -həmişə  yaşarsınız,  bütün  səmimiyətimlə 

deyim  ki,  bunlarsız,-  qeyd  etdiyim  bu  həyat  yaradıcılığını 

bilməsək  pis  görükəcəyik;  pis  görükəcəksiz!  Axıra-sona 

əliboş  çıxacaqsız.  Heç  kəs  əlində,  dilində  olanı  Sizə 

verməyəcək,  versə  belə,  heç  vaxt  verdiyi  sənə 

bənzəməyəcək.  Onun  istədiyi  sənin  ona  bənzəməyindi. 

Sən  məni  düzgün  anla,  bu  gün  sən  nehrə  çalan  deyilsən, 

ayran  alan  deyilsən,  motal  tutan  deyilsən,  çünki  Vaxt  o 

vaxt  deyil.  Bir  onu  bil  ki,  sən  ancaq  özündə  güclüsən, 

özünə sığın. Səni əhatə eləyən qonşular bunu bilir, bütün 

çalışdıqları  səni  səndən  uzaqlaşdırmaqdır.  Bildiklərini 

unutdurmaq,  yaddaşını  silməkdi.  Sən  ərəb  minilliyində 

ərəb oldunmu, bu keçən iki yüz ilin içində rus ola bildinmi 

ki, indi də avropalı olmaq haqqında düşünənə oxşadırsan 

özünü?!  

Bir  də  deyirəm  ki,  gündən  günə  gözəlləşən  iri 

addımlarla  gələcəyə  qoşan  baş  şəhərimizdə  yeni  tikilən 

binalara, şadlıq saraylarına, ticarət mərkəzlərinə, mühüm 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

obyektlərə bu nə adlardı qoyuruq, nə olsun ki, Bakı şəhər 



icra  hakimiyyəti  fikir  vermək  iştəmir,  nə  olsun  ki,  Bakı 

Şəhər  İcra  hakimiyyətində  anlaşılmaz  əllər  var.  Belə 

olmasaydı  üstümüzə  yürüyən  bu  cür  yabançı  adların 

qarşısı  alınardı.  Cox  zaman  belə  şeylərə,  xırda 

məsələlərdi, deyib fikir verilmir. Amma bilək ki, sonda baş 

verənlər;  göz  görə-görə  əriyib  yox  olmalar,  azalıb  az 

qalmaq,  milli  xarakterin  ölməsi-itməsi,  öz  yurdunda 

özünü yad hesab etmək, özünə özününkülər arasında yer 

tapmamaq, 

ataya-anaya, 

dədə-babaya 

həqarət, 

bəyənməmək,  doğma  dilini  unutmaq  kimi  zədələrə, 

ağrılara  gətirib  çıxardır; nece  ki,  bunun  nəticələrini  görə-

görə gəlirik... 

Deyir,  “bazara  girdin,  gözü  qıpıq,  sən  də  ol  gözü 



qıpıq”. Mən bu dədələr sözünü hər yerdə, hər zaman ayıq 

ol,  vaxtı  anla,  keçən  hər  bir  ana  dəyər  ver,  mənasında 

anlayıram... 

Xalqın  yaratdıqları  da  yurd  yerlərimiz,  yaylağımız, 

qışlağımız,  çiçəyimiz,  otumuz  kimi  bizə  qalandır,  heç 

şübhəsiz bizdən də keçib gedəcək və bilək ki, xalqın sənət 

əsərləri  də  təbiətin  yaratdıqlarına  bənzədiyinə  görə 

əbədidir...Amma  doğru  olan  odur  ki,  yerindən  oynayan 

hər  şeyin,  təzədən  yerinə  qayıtmağı  çətindir,  qayıtsa  da 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

öz  yerində  görünmür;  həmişəki  şax  yerişi  axsamağa 



başlayır,  bizim  milli  tariximiz  haqda  yazdığımız  əsərlər, 

etdiyimiz  tarixi  gedişlər  kimi.  Yad  hay-küylərə  aldanıb 

gedirsən,  səs  özünü  ifadə  etmir,  xəbərimiz  olmadan  yad 

havalar  çalıb,  yad  havalara  oynayırıq.  Qıraqdan  baxanlar 

da rahatlaşıb, - həə, bunlar artıq onlar deyil, - belə deyib, 

gülümsəyib  əl  çalırlar  ki,  oynamağımız  uzun  çəksin... 

Beləcə, bizi yerimizdən oynatdılar. -Siz gəlməsiz. Qafqaza 

da  gəlməsiz,  Sibirə  də.  Volqa  -  İtil  çayı  sahillərinə  də, 

Ötükən  yaylalarına  da,  Xəzər  qıyılarına,  Balkana, 

Anadoluya...Hər  yerə  gəlməyik.  Bəs,  hər  yerə  hardan 

gəlmişik? Bu yaratdıqlarımızı harda yaratmışıq? Bəs, niyə 

yer  üzünün  yarıdan  çoxu  hələ  də  bizim  dildə  adlanır? 

Dünya dillərindəki türkcə izlər niyə var?!  

XI əsrin gürcü tarixçisi Leonti Mraveli yazır ki, üç min 

ildi, Kartlidə xəzər dilində danşılır (xazarauli) Xəzər dili de-

yəndə  hörmətli  tarixçi  hansı  dili  nəzərdə  tutur? 

Düşünək... Əgər xəzər dili bizim indiki azərbaycan türkcəsi 

deyil,  başqa  dildisə  başqa  dilin  niyə  izləri  qalmayıb.  Belə 

deyildisə,  bizim  eradan  da  min-min  illər  o  yandan 

başlayaraq  bu  yaxın  zamanlaracan,  elə  indinin  özünəcən 

niyə Qafqazda, anlaşma dili, ortaq danışıq dili azərbaycan 

türkcəsiydi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir  sözlə,  bu  gün  etiraf  etməliyik  ki,  qısqanclıqla 



yanaşdığı  doğru  tarixləri  oğurlayan  xalqlar  var,  olub,  elə 

zənn edirəm ki,olacaqdır.  

Tarixi  hadisələrin  məzmununda  yaşayan,  daha 

doğrusu,  bu  hadisələri,  bu  hekayətləri  yaradanlarsa 

təəssüf  ki,  yaratdıqlarını  qorumaq  haqda    düşünmür. 

Bilmir ki, bu yaratdıqları elə əslində onun Tarixidir.  

Tarix  bir  başa  keçmişlə  bağlı  olsa  da  daha  çox 

gələcək  deməkdir...  ayağını  qoyduğun  yerdə  hələ  tarix 

yoxdur,  tarix  bir  addım  qabaqdadır.  Sən  xalq  olaraq  bu 

addımı  necə  atırsan?  Bu  arada,  atılan  tarixi  addımların 

arasında  yapılıb,  qurulanların  yıxılması  da  var,  tikilməsi 

də.  Bütün  hallarda  bu  tarixi  addımlar  yer  üzünün 

mənzərəsini  dəyişdiyi  kimi  mənasına  da  əl  gəzdirib  və 

gəzdirməkdədir... 

Yüzilliklər,  minilliklər  boyu  saxtakarlıqlara  qarşı 

çıxmış,  obyektiv  söz  demiş,  haqqı  arada  görmüş  bəşər 

dahilərinin,-  yer  üzünün  böyüklərinin    olduğunu    bilirəm, 

zaman-zaman  tarixi  həqiqətləri  qoruyanların  yazdıqlarını 

oxumuşam, tanıyıram və indi onlara üz tutub bidirirəm ki, 

bu  mənada  yer  üzünün  ən  çox  talanan-yağmalanan,  içi, 

dəyərləri  qarət  olunan,  adına  böhtanlar  deyilən,  indinin 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

özündə də yalanların, haqsızlıqların əsirinə çevrilən, kağız 



üzərində tikilmiş Şura hökümətinin azərbaycanlılar dediyi 

Azərbaycan türkü adında möhtəşəm  bir  xalq var...     

Təbiyət-Varlıq-Yaranış  bütün  hallarda  öz  qanunauy-

ğunluqlarıyla  bərqərardır,  bu  qanunauyğunluqlarsa 

əslində  bir  sirr  məktəbidir  ki,  adına  fərqinə  vardıq, 

varmadıq həyat məktəbi deyilir. Sirrlərin açılması isə tarix 



oğrularının ziyanına, sirr yiyəsininsə xeyirinədir? Gərək bu 

srri  anlamağa  çalışasan,  gərək  bu  həyat  məktəbindən 

keçməyi bacarasan... 

Mən  bu  qənaətdəyəm  ki,  Azərbaycan  türkləri 

minilliklər  boyu  bu  mənada  çox  ciddi  məktəblər  yaradıb; 

tərbiyə,  əxlaq  dünyagörüşü,  münasibətləri  dərk  etmək 

baxışları,  təbyəti-yaranışı  anlamaq  dərslikləri  var.  Onun 

yaratdıqları  da  təbiətin  yaratdıqlarına  oxşayır...  Bu  xalq 

Yaranışın  həmişə  hərəkətdə  olduğunu  bilir  və  özünü  də 

bu hərəkətin-getməyin-ritmin-döyüntünün bir hissəsi, bir 

vintciyi hesab edir, bu anlayışla da işini görür... Həmişə də 

belə  olub,  miniliklər  boyu  belə  yaşamağı  bacarıb.  Ona 

görə də  yer  üzünün  qüzeyində  yaşayan türklə  güneyində 

yaşayan türkün yaşam tərzində o qədər fərq yoxdur, çün-

ki onları birləşdirən danışdığı dildən, tapındığı, ibadət et-

diyi  dindən  başqa  arada  daha  əsas  olan  TƏBİƏT-təbiətin 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qanunları  dayanır,  dindən  öncə  özünü  təbii  qanunlarla 

idarə  etməyi  bacarıb...  Göy  üzünü  Günəşiylə,  Ayı, 

ulduzuyla bir yerdə, yer üzünü bütün olanlarıyla-dağı,daşı, 

suyu,  torpağıyla,  aranı,  yaylağıyla    bir  yerdə  anlayıb 

yaşayıb  ki,  bu  da  harda,  hansı  məkanda  ömür  sürürlərsə 

sürsünlər  bu  duyğular  onları  bir-birilərinə  bağlı  bir  və 

bütün saxlaya bilir... 

 

 



 

SON 

 

 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

KİTABDA 

 

 

 

Redaktordan



................................................................................................... 

səh. 3-8 

Ön söz: Zəlimxan Yaqub “Dərslik kitabı”

 .................................. 

səh. 9-21 

“Erməni adındakı hərflər” roman

 ................................................... 

səh. 22-221  

“Teymurlar” povest

 ............................................................................. 

səh. 222-274 

“Yer üzünə məktub” tarixi-fəlsəfi-etnoqrafik 

yaşantılar

 ................................................................................................... 

səh. 275-525 

 

 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 



Mövlud Süleymanlı

 

And olsun, əsrə... 

Bakı, “Elm və təhsil”, 2013, 526 səh 

 

 



 

Kompüter dizaynı: 



Şəmsiyyə Əliyeva 

 

Korrektor: 



Xatirə Bəşirli 

 

 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin