Camal Zeynaloğlu,
Praktik psixoloq
1992 - ci il.
100
Stressin insan həyatına təsiri və onun
aradan qaldırılması yolları
Son 30 il ərzində gərginlik törədən şəraitin (və ya stress
törədən şəraitin) təsiri nəticəsində əmələ gələn emosional
halların öyrənilməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Bu, insanın təhlükə zamanı, müxtəlif ağır fiziki və zehni işlər
zamanı, təcili və məsuliyyətli qərar qəbul etmək və s.
zəruriyyəti qarşısında etdiyi hərəkətlərdir.
Qeyd etmək lazımdır ki, ayrı-ayrı dövrlərdə insana təsir
edən elə mənfi hallar və elə vəziyyətlər olur ki, bunlar yerli,
lakolizə olunmuş hallar və vəziyyətlər olmayıb qlobal, planet
miqyaslı hallar və vəziyyətlər olur. Ona görə də mənfi hallarda
və vəziyyətlərə qarşı mübarizə bütün bəşəriyyət qarşısında
dayanan vəzifələr səviyyəsinə qalxır. İndi belə vəzifələrdən biri
stess vəziyyətinə qarşı mübarizədir. Təsdiq edən amillərin
ümumi rəyinə görə stress emosional gərginlik vəziyyətidir.
Stress
fizioloji
cəhətdən
U.Kennonun
homeostazis
(homoestazis - orqanizmin fəaliyyətinin daxili şəraitinin
sabitliyidir) və H. Selyenin ümumi adaptasiya sindromu, daha
doğrusu, orqanizmin qüvvətli və ya həddindən artıq qüvvətli
(zədələyici) xarici təsirlərə ( istər fiziki, istərsə də sinir-psixi
emosional yük olsun) cavab olaraq öz ehtiyat qüvvələrini
(birinci növbədə endokrin ehitiyatını) səfərbər edən
özünəməxsus müdafiə reaksiyası haqqında təlimlərində
əsaslandırılmışdır.
Stress - müxtəlif ifrat gərginliklərə orqanizmin qeyri-
spesifik reaksiyasıdır.
101
Stress vəziyyətində adətən orqanizm özünü müdafiə etməyə
başlayır. Böyük yarımkürələrin qabığı (akademik A.Uxtom-
skinin dediyi kimi, hakim qıcıqlanma elementlər vasitəsi ilə
hipotalamusa (vegetativ və endokrin sistemlərin təmizləyici
cihazlarının yerləşdiyi beyin şöbəsinə) siqnal verir.
Hipotalamus (mərkəzi tənzimləyici) həyəcan siqnalı alıb,
müqavimət göstərmək üçün bütün qüvvələrini səfərbər edir.
Əsas reaksiya sistemlərindən (daxili sekresiya vəzilərindən)
təcili olaraq qana hormonlar verilir, maddələr mübadiləsi
fəallaşır, ehtiyat yağ və şəkər səfərbər olunur. Sürətlənmiş
qan axınına verilən eritrositlər hemoqlobinin sayəsində
toxumaları oksigenlə təmin edir. Qida həzmi dayanır və
mədə- bağırsaq traktında azad olunmuş əlavə qan da (enerji)
təhlükəni dəf etmək üçün intensiv işləyən əzələlərə və beyinə
yönəlir.
Stress halları tez-tez və güclü olduqda orqanizmdə energetik
ehtiyatlar
çatışmaya
bilər,
adaptasiya
(uyğunlaşma)
mexanizmləri sıradan çıxır. Hormon balansının tükənməsi,
çatışmaması və pozulması səbəbindən orqanızmin sönməkdə
olan funksiyalarını stimullaşdırmaq getdikcə çətinləşdiyindən
adam, nəhayət, ölə bilər.
Stress, nevroz, əsəb gərginliyi, xroniki vəziyyət daşıdıqda
həqiqətən insanı məhv edir, onu insanilikdən çıxarır, “ təbiətin
tacı” səviyyəsindən aşağı salır. Stress vəziyyətində insan öz
əzəmətini, öz insanlıq şərəfini və ləyaqətini itirir, müflisləşir.
Bu vəziyyət uzun müddət davam etdikdə o nəinki fiziki
xəstəliklərə, habelə mənəvi, əxlaqi xəstəliklərə də mübtəla olur.
Bir sözlə, xroniki stress həqiqətən insanı məhv edir, onun
qəniminə çevrilir.
102
Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə
düzgün qavramırlar, hafizələri dolaşır, diqqətlərini başqa
obyektlərə keçirə bilmirlər, gözlənilməz qıcıqlayıcılara qeyri-
adekvat reaksiyalar verirlər. Bəzən tam çaşır, məqsədyönlü
hərəkət edə bilmirlər. Bu termini 1936-cı ildə məşhur Kanada
fizioloqu Q. Seyle təklif etmişdir. O, əvvəlcə yuxarıda qeyd
etdiyimiz kimi fizioloji termin kimi işlənilmiş, sonra isə
insanın davranışını psixoloji səviyyədə təsvir etmək üçün tətbiq
olunmağa başlanılmışdır.
Hal-hazırda
bəşəriyyət qarşısında qoyulan mühüm
tələblərdən biri məhz, stress vəziyyətini, onun mexanizmini
dərindən öyrənməkdən və onun əsasında stresdən qorunmağı
təmin etməkdən ibarətdir. İndi dünyanın bütün mütərəqqi
alimləri stress vəziyyətinin törətdiyi təhlükəni haqlı olaraq
nüvə silahının törətdiyi təhlükə ilə müqayisə edirlər.
Həqiqətən bəşəriyyət üçün dəhşətli bir fenomenə çevrilən
stress vəziyyətini törədən səbəblər indi dünyanın bir çox
ölkələrində, o cümlədən bizim ölkəmizdə xüsusi olaraq tədqiq
olunur.
Bəzi alimlər uzun sürən stress vəziyyətini insanın öz bioloji
xüsusiyyətləri ilə izah etməyə cəhd edirlər. İtaliya alimi və
yazıçısı B.J. Rossi “Homo Sapiens tənəzzülə uğrayır” adlı
məqaləsində pessimizm mövqeyindən çıxış edərək, sübut
etməyə çalışır ki, guya insan bir növ kimi artıq öz təkamülü
prosesində
fiziki
və
mənəvi
cəhətdən
cırlaşmağa
başlamışdılar, indi o bədəncə zəifləmiş, əsəbləri həddindən
artıq kövrəlmişdir, ona görə də azacıq emosional gərginliyə
belə dözə bilmir və müxtəlif xəstəliklərə düçar olur. Rossi
buradan belə bir qorxunc nəticə çıxarır ki, guya stress
labüddür, qarşısıalınmazdır, təkamülü dayandırmaq mümkün
103
olmadığı kimi, stressi də dayandırmaq mümkün deyildir.
Başqa sözlə desək, Rossinin fikrincə bəşəriyyət, insan nəsli
labüd sürətdə məhvə məhkumdur.
Belə bir vəziyyət bütün cəmiyyətdə ümumi inamsızlıq,
müvəqqətilik əhvali- ruhiyyəsi yaradır. Bəziləri isə stressin
yaranmasının əsas səbəbini elmi- texniki tərəqqidə görürdülər.
Stress vəziyyəti isə çoxamilli, müxtəlif aspektli, bioloji,
psixoloji və əxlaqi cəhətləri olan bir fenomendir.
Stress kimi mürəkkəb bir fenomenə qarşı mübarizədə
sosioloqların,
bioloqların,
psixoloqların,
filosofların,
həkimlərin, yaradıcıların, elm və mədəniyyət xadimlərinin
səylərini birləşdirmək lazımdır.
İndi artıq sübut olunmuşdur ki, bədbinlik, həyatdan
narazılıq xroniki xarakter daşıyan stressə bais olan əsas
səbəblərdən biridir. Həyat sevgisi, yaşamaq eşqi böyük olan
insanlarda isə bir qayda olaraq stress vəziyyətinə az təsadüf
olunur. Həyat sevgisi, yaşamaq eşqi xoşbəxtliyin ən mühüm
şərtləridir.
Məşhur ingilis yazıçısı Ayris Merdok özünün “Qara
prins” romanında eyni fikirləri təkrar edib yazır: “Dünya-
iztirablar məskənidir. Son nəticədə bu dünyanın ən dəqiq
tərifidir. İnsan- daim həyəcandan, ağrıdan, qorxudan iztirab
çəkən heyvandır, buddizmlərin “Dukha” adlandırdıqları...
dəhşətli və arasıkəsilməz işgəncələrin qurbanıdır. Hamımız
iztirab çəkirik, ancaq bu iztirablar son dərəcə müxtəlifdir.
Bizim dünyamız-dəhşətlər məskənidir. Bunu düşünmək, dərk
etmək
hər
bir
həqiqi
sənətkarı
və
mütəfəkkiri
həyəcanlandırmaya bilməz, ağlını çaşdırmaya bilməz, hətta
bəzən onun sağlamlığını pozub dəli vəziyyətinə salmaya
bilməz. Heç bir ciddi adam bu fakta göz yuma bilməz. Bəzən
104
böyük adamlar, özlərini elə göstərirlər ki, guya bu fakta
məhəl qoymurlar, guya bunu unudurlar, əslində kələkbazlıq
edirlər.Yer elə planetdir ki, orada xərçəng xəstəliyi hökm
sürür, orada hər gün hər yerdə guya belə də olmalıymış kimi
insanlar xəstəliklərdən, aclıqdan, təbii fəlakətlərdən milçək
kimi qırılırlar, orada insanlar hətta yuxuya belə gəlməyən
qorxunc silahlarla bir-birini məhv edirlər, orada insanlar
bütün ömrü boyu qorxudan bir-birlərinə əzab verirlər, bir-
birlərini təhdid edir və aldadırlar. Bax, biz belə bir planetdə
yaşayırıq!”
Buradan burjua pessimistləri belə bir zərərli və insan
ləyaqətinə yaraşmayan nəticələr çıxarırlar ki, bu keçici, qısa,
ötəri həyat üçün yaşamağa, “planetdəki işlərə qarışmağa”
dəyməz. Göründüyü kimi bu fikirlər əxlaqi yox etməyə, bütün
mənəvi həyatı dağıtmağa çağırışdır. Həm də belə fikirlər tam
əsassızdır.
Özünü və bu dünyanı dərk edən adam yaxşı bilir ki, kainat
miqyasında və ümumdünya masştabında insan ömrü həqiqətən
çox qısadır. Zaman etibarı ilə, əlbəttə, bizim həyatımız heç də
belə qısa deyildir, o qeyri- məhduddur. Çünki, heç kəs bilmir
ki, onun fəaliyyəti nə vaxt dayanacaq, ölüm nə vaxt onun
qapısını döyəcək. Bizə təbiət tərəfindən ayrılan qısa vaxt ən
böyük işlər görmək, ən mənalı həyat keçirmək üçün tamamilə
kifayətdir. Məgər İ.Nyuton, M. Faradey, F.Hegel, A.S. Puşkin,
Eynşteyn, İ. Kurçatov və başqa dahilər öz ölməz əsərlərini
“çox qısa ömür” ərzində yaratmamışlarmı? Məgər bəşəriyyətin
həyatında böyük inqilabi çevrilişlər yaradan kəşfləri, ixtiraları
“qısa” ömürlü insanlar etməmişlərmi və etmirlərmi?
Həyat sevgisi, həyat eşqi stressə qarşı böyük qüvvədir.
Həyata nifrət insanı tərksilah edir, onu acizləşdirir və onda
105
stress vəziyyəti, nevroz, əsəbilik yaradır, beləliklə də onu
məzlum bir varlığa çevirir.
Həyat sevgisi, həyat eşqi böyük yaradıcılıq, tükənməz daxili
enerji mənbəyidir. Bu enerjinin bizə verdiyi qüvvə hər cür
maneələri, o cümlədən stress vəziyyətini aradan qaldırmağa
qadirdir. Əlbəttə, insan ömrünü, hamar, enişsiz- yoxuşsuz,
çətinliklərsiz təsəvvür etmək olmaz. Biz hamımız insanıq,
ömrümüzdə müəyyən dərdə, qəmə mübtəla olmuşuq, hətta, “ 20
yanvar” hadisələri zamanı ən yaxın adamlarımızı itirdik, belə
hallarda biz dərin kədər, iztirab çəkməyə bilmərik. Bu vaxtlar
bizim sabahkı həyata inamımız kədəri, qəmi, iztirabı qovan,
bizə təsəlli verən bir qüvvəyə çevrilir. Bizim ömrümüz bir
yerdə dayanıb durmur. Bu zaman bizdə müəyyən obyektiv
dəyişikliklər baş verir. Həmişə kədərə, qəmə, iztirablara
dözmək, onun quluna çevrilmək insanı öz ömrünün sonuna
yaxınlaşdırılmasına səbəb olur. İnsan həmişə məyusluq,
ümidsizlik, qəzəb, narazılıq, paxıllıq, qısqanclıq, qorxu və s.
kimi mənfi halları özündən uzaqlaşdırmağa çalışmalıdır.
- Hara üz tutmusan! - deyə Tauna rast gələn bir səyyah ondan
soruşur.
- Bağdada gedirəm, orada beş min adam qırmalıyam.
Bir neçə gündən sonra həmin səyyah yenə də Tauna rast
gəlir.
- Bəs sən deyirdin Bağdada beş min adamı qırmağa gedirsən,
necə oldu ki, 50 min adam məhv etdin?
- Yox, - deyə Taun etiraz edir,- mən elə dediyim kimi beş min
adam qırmışam, qalanları qorxudan ölüblər.”
Hiddət, qısqanclıq və əzablı şübhələrdən də damarlar kəskin
daralır - bunun əsas səbəbi qanda adrenalinin çoxalmasıdır.
106
Belə “emosional zəhərdən “ağıl sanki çaşır, insan şiddətli ruhi
sarsıntı keçirir.
Damarlar yalnız qorxu, qısqanclıqdan, məyusluqdan da
daralır. Məşhur fizioloq Pavlovun təliminə görə illər keçdikcə
beyində sabitləşmiş rabitələr əmələ gəlir, sonra, hansı bir
mərhələdə isə bu sabitləşmiş rabitələr qırılır- münasibətlər,
estetik kriterilər dəyişilir.
Çox vaxt söhbət həyata və insanlara olan münasibətlərin
prinsipial dəyişilməsindən deyil, onlarda vaxtilə gözə
çarpmayan dəyişikliklərə olan münasibətlərdən gedir. Əvvəlki
ideallara olan ümidi itirmək - sarsıntıya, əzaba ən güclü stress
vəziyyətinə səbəb ola bilər.
İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz olanda-
dinmir, onun nə danışdıını, nə şikayətini, nə də iniltisini
eşitmək olur.
Dərdi böyük olan adam özünə qapılmamlı, dərd əlində aciz
qalmamalıdır.
Akademik P.Anoxin yazır: “zərərli emosiyaların yaranması
üçün stimulla emosiya arasında intellekt və məntiq
durmalıdır.”
Bu, müdrik məsləhət də olsa, həyata keçirilməsi çətindir,
çünki vəziyyəti düzgün qiymətləndirməyi və ağıllı müdafiə
olunmağı hamı bacarmır. Bunun üçün hər bir insanın
özünəinam duyğusu olmalıdır. Özünəinam həyata nikbin
baxışın əsasını təşkil edir. İnsan dünyada ən yenilməz
qüvvələrə, ən tükənməz ruhi imkanlara qadir varlıqdır.
Özünəinam duyğusunun insan həyatında ən böyük
əhəmiyyəti məhz ondan ibarətdir ki, bu duyğu insanda olan
ecazkar fiziki, əqli və mənəvi qüvvələri həmişə səfərbər
vəziyyətində saxlayır. Nəzərə almalıyıq ki, özünə inamsızlıq
107
insan həyatında ən təhlükəli duyğudur. Bu duyğu insanı həddən
artıq üzür, insanı sıxır, onu daim qərarsızlıq, tərəddüd, əsəbilik,
daxili nifrət, paxıllıq, taleyindən küskünlük, həyata soyuqluq
və s. bir qayda olaraq insanda stress vəziyyəti doğurur.
Özünəinam insana məğrurluq və əzəmət gətirir, onun fikir
və əməllərində müstəqillik yaradır.
Əlbəttə, biz insanlar həmişə bir-birimizə möhtacıq, hər
birimizin qarşılıqlı köməyə ehtiyacı vardır. Biz bir - birimizdən
öyrənirik və öyrənməliyik. Lakin həmişə özünü zəif, məzlum
bir varlıq hesab edib, başqalarının şəxsində özünə “arxa”
axtarmaq insana yaraşmaz . İnsan həmişə özünü də başqalarına
arxa hiss etməlidir. Bizim el məsəlində deyildiyi kimi “fərasətli
oğul oyuna çıxanda kim mənimlə olur, fərasətsiz oğul isə mən
kimlə olum” deyir. Həmişə çinar kimi ucalmağa çalışmaq
lazımdır ki, sənin kölgəndə dincəlsinlər. Həmişə kölgə olmaq
olmaz ki, başqalarının dalınca sürünəsən.
Özünəinam duyğusunun mühüm amillərindən biri gələcəyə
bəslənən ümiddir. Məlumdur ki, insan həmişə indiki
vəziyyətindən daha yaxşı vəziyyət arzulayır, gözləyir, daim
təmkilləşməyə, yaxşılığa meyl göstərir, müasir vəziyyəti onu
təmin etmir. Mövcud vəziyyətindən bu cür narazılıq, təmin
olunmazlıq, narahatlıq çox təbiidir və öz-özlüyündə maddi və
mənəvi inkişafın mühüm bir şərtidir. Bu cür meyl, bu cür
“əbədi narazılıq, narahatlıq” olmazdı. İnsan həmişə ümid
etməlidir ki, gələcək mövcüd vəziyyətdən daha yaxşı olacaqdır.
Buna görə də gələcək üçün, sabahımız üçün daha əzmlə
fəaliyyət göstərmək lazımdır. Məhz bu cür ümid, inam insanda
ruh yüksəkliyi, özünəinam duyğusu yaradır.
108
Kim sabaha ümid ilə baxmırsa, o bugünkü qüvvələrini də
qeyb edir, özünü tərksilah edir, özündəki potensial imkanları
azaltmış olur.
Stressə qarşı mühüm mübarizə vasitələrindən biri özünü tam
dolğun realizə etməkdir. Öz fiziki, mənəvi intellektual
qüvvələrini realizə edə bilməyən, öz istedad və bacarığını ifadə
edə bilməyən adam bir qayda olaraq gec-tez xroniki stress
vəziyyətinə düşür. İnsan öz arzu və ideallarını həyata keçirmək
üçün real mübarizə aparmalıdır, fəaliyyət göstərməlidir. İnsan
fəaliyyətdə olarkən, mübarizə apararkən heç şübhəsiz,
müəyyən müvəffəqiyyətlər əldə edir. Bu ugurlar özünə
inamsızlığı aradan qaldırmaq üçün ən qüdrətli qüvvəyə çevrilir.
Fəaliyyət gec-tez müvəffəqiyyətlərlə nəticələnir. Həm də hər
bir müvəffəqiyyət özünəinamın rəhnidir. İnsan hər şəraitdə
özünün böyük gücünə, qüdrətinə, imkanına inanmalıdır.
Fəaliyyət sanki insanı mənasız qəm yükündən azad edir,
dolaşıq
fikirlərini
dağıdıb
aydınlaşdırır,
vəziyyətini
yüngülləşdirir. Bunu nəzərə alaraq Emil Zolya demişdir: “Ən
böyük həqiqət fəaliyyətdir, əməkdir. Həyatın bütün nəşəsi
yaradıcılığıdır. Yaratmaq - ölümü öldürmək deməkdir.”
Görkəmli alman şairi İ.Bexer də bu fikri təkrar edib
yazmışdır: “Nə vaxt ki, qəmlisən işlə! Bu, kədəri qovmaq
üçün yeganə vasitədir. Qüssəyə batmamaq üçün işlə! Işlərin
yaxşı gedən də işlə, müvəffəqiyyət qazananda da işlə!
Müvəffəqiyyətdən baş gicəllənmə xəstəliyinə qarşı işləməkdən
başqa gözəl dərman yoxdur.”Əksinə, fəaliyyətsizlik,
bekarçılıq özü ilə bərabər ürəksıxıcı, darıxdırıcı vəziyyət
gətirir.
Bütün bu mənfi emosiyaların toplanması həm təbiətdən,
həm də insanın özündən asılıdır. Çətin başa düşmək olur ki,
109
təbiətə bu qədər mənfi emosiyaları yaratmaq nə üçün gərək
olubmuş. Belə emosiyaları “psixi ağrı” (pis əhvali- ruhiyyə,
ruhi əzginlik, depressiya, intizar...) adlandırmaq olar. Belə bir
fikrə gəlmək olur ki, təbiət burada həddən artıq canfəşanlıq
etmişdir. Ancaq bununla belə təbiət özünə həmişə asanlıqla
haqq qazandıra bilər. İstisna deyildir ki, “psixi ağrı” vicdan
adlandırılan insanlararası münasibət üçün bir əsasdır. İnsandakı
“psixi ağrını” aradan qaldırmaq həqiqətən çətin problemdir.
Başqa ümumbəşəri problemlər kimi “psixi ağrının”da həm
bioloji və həm də sosioloji cəhətləri vardır.
Ümumbəşəri ölçüdə “psixi ağrını” cəlb etmək nəinki son
dərəcə çətindir, hətta lazım da deyil. İnsanı narazılıq duymaq
hissindən məhrum eləmək, ağrı hissindən məhrum eləmək
qədər qorxuludur.
Ancaq bütün bunlarla belə insanlar “psixi ağrı” ilə var
qüvvələri ilə mübarizə aparırlar.
Onların təbii, qarşısı alınmaz miqdarını minimuma
endirmək və bu “psixi ağrını”idarə etmək lazımdır.
Hər şeyin mənası məhz ölçüdə və təsir istiqamətindədir.
Bizim emosiyamızda kəmiyyət çox vaxt asanlıqla keyfiyyətə
keçir. Ancaq emosiyalar onunla fərqlənirlər ki, onlar nə
kəmiyyət uçotuna, nə də keyfiyyət istiqamətinə uyurlar. Hələ
heç kəs hesablamayıb ki, öz qüvvələrinə lazımı qədər inam
duymadıqları üçün cəmiyyət nə qədər bacarıqlı adam itirib.
Belə adamlar dumanlı, yaxud aydın şəkildə öz nöqsanlarını
duyurlar. Bəzən “ilhamlı dəqiqələrdə” inam meteor kimi şəfəq
saçır. Ancaq dərhal sönüb zülmətə bürünür, bacarığın gözəl
inciləri öləzəyir. Həddən artıq inamlı olanları həyat düzgün
yola çıxaracaqdır.
110
Bir sözlə emosional - iradi “ təməlin” mühümlüyünü sübuta
ehtiyac yoxdur. Əgər insanda bu keyfiyyət yüksəkdirsə
arxayınlaşmaq olar ki, xarici şərait əlverişli olmadıqda belə,
insan öz imkanlarını açacaq və bacarığı dairəsində maksimum
fəaliyyət göstərəcəkdir.
Özünü bütün çətin, mürəkkəb şəraitlərdə ələ ala bilmək
şəxsiyyətin əzəmətinin əsas əlamətidir. Bunu nəzərə alaraq
əxlaq nəzəriyyəsi S.Smayls yazmışdır ki, “özünüidarə,
özünəhörmət və özünüələalma yolu ilə rəzalətlərin onda
doqquzunu aradan qaldırmaq olar.” Nə vaxt ki, insan özünü
əla ala bilmir, öz hərəkət və davranışlarını idarə edə bilmir, o
vaxt artıq o, öz əzəmətini, öz şəxsiyyətini də itirir, çatdığı
insanlıq zirvəsindən aşağı doğru yuvarlanmağa başlayır. Bu
vaxt heyvanilik insanlığa qalib gəlir, insan kiçilir, yazıqlaşır.
Ən hirsli vaxtda belə özünü ələ ala bilmək, öz
hərəkətlərinin, dediyin sözlərin mənasını və labüd nəticələrini
dərk edə bilmək insanın “ruhi səlimliyinin” mühüm şərtidir.
Özünüələalma eyni zamanda əxlaqi azadlığın təzahürüdür,
mənəvi sərbəstliyin mühüm göstəricisidir. İnsanın ən çətin, ən
mürəkkəb şəraitdə özünü ələ ala bilməsi, öz coşqun
ehtiraslarını boğa bilmək dərəcəsi, eyni zamanda onun əxlaqi
azadlığının, mənəvi muxtariyyatının dərəcəsidir. İnsan öz
iradəsini itirən kimi, öz hiss və ehtiraslarının cilovunu əlindən
buraxan kimi, dərhal öz əxlaqi azadlığını da itirir, ağlını
çaşdırır, zəkasını bulaşdırır. Bir sözlə, insan idarə edəndən
idarəolunana, özünə ağalıqdan öz ehtiraslarının köləsinə
çevrilir.
Əbəs deyilməmişdir ki, ən böyük qələbə insanın öz üzərində
qazandığı qələbədir. Ən çətin vəziyyətdə özünü ələ almaq
əxlaqi igidlikdir və bu cür igidlik hamıya müyəssər ola bilər.
111
Bunun yeganə açarı özünü dərindən dərk etməkdən, sözün əsil
mənasında özünə ağa olmaq qabiliyyətini qazanmaqdan
ibarətdir.
İndi planetin elə bir guşəsi yoxdur ki, orada insanlar stress
vəziyyətində olmasınlar. Çünki yer kürəsinin hər bir nöqtəsində
sanki “qaynar vulkanlar” fəaliyyət göstərməkdədir. Biz XX
əsrin son iyirmi illiyini “stress illəri” adlandırsaq, heç də səhv
etmiş olmarıq.
Hal-hazırda stress sağalmaz bir epidemiya kimi bütün
dünyanı öz ağuşuna alıbdır. Sosioloqlar və psixoloqların əldə
etdikləri statistik məlumata görə yer kürəsində adamların son
25-30 ildə 50%- i infarktdan ölmüşdü. Bu da bilavasitə
adamların düşdükləri stress vəziyyəti ilə əlaqədar olmuşdu.
Yanvar
hadisəsindən
sonra respublikamızda stress
vəziyyətinə düşənlərin sayı daha çox olmuşdur. Onu da qeyd
etmək istəyirəm ki, hadisədən sonra psixiatr həkimlərimizə
yuxusuzluqdan, daxili həyəcanlanmadan, ümidsizləşmədən,
inamsızlışmadan, tez-tez əsəbləşmədən, ətrafdakı insanlara
qarşı laqeydləşmədən, bədbinləşmədən və s. mənfi
emosiyalardan əzab çəkdiklərini bildirən adamların müraciət
etməsi günü-gündən artmağa başlayıbdır. Deməli, stress artıq
öz işini görmüşdür.
Bu yaxınlarda Respublika Mərkəzi Xəstəxanasının psixiatr
həkimi Əliağa Həsənovun yanında idim. Həkim qeyd etdi ki,
Yanvar hadisəsindən sonra, son 2 ayda ona müraciət edənlərin,
xəstəliyin yüngül formasında təzahür edənlərin sayı təqribən
1000 nəfərə yaxın olmuşdu. Ancaq stressin daha çox izini
orqanızmlərində duyan, özünü həqiqətən ağır vəziyyətdə hiss
edən xəstələrin sayı 300-ə yaxın olmuşdur. Həkimin gərgin
112
səyi nəticəsində belə xəstələrin əksəriyyəti artıq həyata yenidən
ümidlə baxmağa başlayıbdır.
Əgər biz bu gün hamı üçün uzun və xoşbəxt həyat
arzulamaq istəyiriksə, adamlar arasında mütləq xeyirxah,
səmimi, qardaşlıq münasibətlərinin bərqərar olmasına, xalqın
ruhuna uyğun hərəkət etməyə, kin, paxıllıq və eqoizm kimi
hisslərin kəsilməsinə birgə nail olmalıyıq.
Bu gün bizim üçün qərəzçilik, paxıllıq qeyri-təbii hal
olmalıdır. Axı, biz bu gün humanizm prinsipləri əsasında, yeni
mənəvi və fiziki kamilliyə doğru gedən sağlam bünövrəli bir
cəmiyyət yaratmaq ümidi ilə yaşayırıq. Bunun üçün hər şeydən
əvvəl bizim mənəvi birliyimiz tam təmin olunmalıdır!
Dostları ilə paylaş: |