Camal Zeynaloğlu



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix19.11.2019
ölçüsü0,96 Mb.
#29615
1   2   3   4   5   6   7   8   9
2017-1000


                                                                   Camal  Zeynaloğlu
                                                                         Praktik psixoloq 
                                                                    06 oktyabr 1992-ci il. 
 
 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

127 
 
Müəllim şəxsiyyətinin pedaqoji 
fəaliyyətində rolu 
 
(Məktəb psixoloqunun tövsiyələri) 
 
 
      Pedaqoji  fəaliyyətin  müvəffəqiyyətlə  nəticələnməsində 
yüksək  keyfiyyətlərə  malik  olan  müəllim  şəxsiyyətinin 
formalaşması mühüm əhəmiyyətə malikdir. Həmin keyfiyyətlər 
fəaliyyət 
prosesində 
tədricən 
şagirdlərin  şəxsiyyətinin 
əlamətlərinə çevrilir. 
     Hər  bir  müəllimdə  yüksək  şüurluluq,  əxlaqi  keyfiyyətlər, 
həqiqi  inam,  ümumi  mədəniyyət  və  s.  kimi  keyfiyyətlər 
olmalıdır.  Pedaqoji  qabiliyyətlərlə  birlikdə  bu  keyfiyyətlər 
müəllimə  öz  fəaliyyətində  müvəffəqiyyət  qazanmaq  imkanı 
verir.  Müəllim  pedaqoji  fəaliyyətində  aşağıdakı  fərdi 
keyfiyyətlərə malik olmalıdır: 
 
1.Müəllim  iradi  keyfiyyətə  malik  olmalıdır.  İradəli  müəllim 
təkcə şagirdin qarşısına tələb qoymaqla kifayətlənməməli, eyni 
zamanda həmin tələbin  dəqiq  və  vaxtında  yerinə  yetirilməsinə 
nəzarət etməlidir. 
 
2.  Müəllim  təkidli  olmalıdır.  Təkidlilik  təkcə  müəllimin 
şagirdlərə  qarşı  tələbkar  olması,  ona  nəzarət  etməsi  üçün 
deyildir.  Bu  keyfiyyət  eyni  zamanda  müəllimin  öz  pedaqoji 
fəaliyyətini  icra  edərkən  qarşıya  çıxan  ciddi  çətinlik  və 
maneələri  aradan  qaldırması,  fasiləsiz  olaraq  öz  üzərində 
işləməsi, öz ixtisasının artırması üçün də zəruridir. 
 

128 
 
3.  Pedaqoji  fəaliyyət  zamanı  müəllim  dözümlü  və  hövsələli 
olmalıdır. Əgər müəllim özünü ələ ala bilmirsə, o, sinfi də ələ 
ala  bilməyəcək.  Müəllim  özünü  ələ  ala  bilməyi,  öz 
hərəkətlərinə nəzarət etməyi bacarmalıdır. 
 
4.  Müəllim  təvazökar  və  özünə  qarşı  tələbkar  olmalıdır. 
Müəllim  şagirdlərini  həqiqətdə  olduğu  kimi  bilməli,  onun 
bütün  zəif  və  qüvvətli  cəhətləri  ilə,  bütün  gündəlik  xırda 
ehtiyacları ilə tanış olmalıdır. 
 
5.  Müəllim  bir  də  onu  bilməlidir  ki,  şagird  şəxsiyyətinin 
təşəkkülünə  müəllimin  öz  şəxsiyyəti  də  lazımi  təsir  göstərir. 
Müəllimin şəxsi nümunəsi, onun şəxsiyyəti şagird şəxsiyyətini 
təşəkkül etdirir, onun inkişafına şərait yaradır. 
 
    Müəllim  şəxsiyyəti  uşağın    hiss  və  iradəsinin  inkişafına, 
onun  həyatına  əsaslı  təsir  göstərir.  Müəllimin  şəxsiyyəti  təkcə 
dərs dediyi  müddətdə  də  bəzən həmin şagirdlərin şəxsiyyətinə 
müsbət təsir göstərir, ona təkan verir. 
 
 
                                                                  Camal  Zeynaloğlu
                                                                       Praktik psixoloq 
                                                                  
15 noyabr 1992 - ci il

 
 
 
 

129 
 
Sinif kollektivinin daha yaxşı 
öyrənilməsi 
 
(Məktəb psixoloqunun tövsiyələri) 
 
 
      Sinif  rəhbəri  öz  sinif  kollektivini  daha  yaxşı  öyrənmək, 
şagirdlərinin  ayrı-ayrı  xüsusiyyətlərini  daha  yaxından  bilməsi 
üçün aşağıdakı vəzifələri icra etməlidir: 
 
1.Sinif  kollektivinin  rəsmi  strukturunu  müəyyən  etmək.  Sinif 
kollektivinin  tərkibi.  Sinif  fəalları.  Sinif  nümayəndəsinin, 
kollektivin hörmətini qazanan şagirdlərin qısa xarakteristikası. 
 
2.Sinfin mənimsəmə göstəricilərini müəyyən etmək. 
 
3.Sinif kollektivinin ictimai-faydalı işdə iştirakını təmin etmək. 
 
4.Sinfin  intizamı,  şagirdlərin  davranış  normalarının,  sosial 
davranış  vərdiş  və  adətlərinin  vəziyyətini  müntəzəm  olaraq 
yoxlamaq  və  ona  nəzarət  etmək.  Sinif  kollektivinin  birliyinə 
nail olmaq. 
 
5. Kollektivdə ictimai rəyi daim yoxlamaq. 
 
6.Sinifdə  şəxsiyyətlərarası  münasibətləri,  yoldaşlıq  münasibət-
lərini,  şagirdlərin  mikroqruplardakı  qarşılıqlı  əlaqəsinin 
xüsusiyyətlərini  öyrənmək.  Kollektivdə  xüsusi  təsir  edə  bilən 
şagirdlərin olmasını aşkar etmək. 
 

130 
 
7.Şagirdlərin  nüfuzu  və  sosial  rollarını  müəyyən  etmək 
/ictimaiyyətçi,  idmançı,  bədii  özfəaliyyətdə  iştirak  edən  və  s. 
şagirdlər/. 
 
8.Şagirdlərin  davranışına  aid  ayrı-ayrı  faktların,  eləcə  də 
şagirdlərin kollektivə təsirini öyrənib təhlil etmək. 
 
9.Sinif kollektivinin yaş xüsusiyyətlərini müəyyən etmək. 
 
10.Sosial 
mühitin, 
valideynlərin, 
ictimaiyyətin 
sinif 
kollektivinə təsirini öyrənmək. 
 
11.Şagirdlərdə  ictimai  fəallığı  yüksəltmək  və  onlarda 
xarakterin kollektivçilik əlamətlərinin aşılanmasına nail olmaq. 
 
 
                                                                  Camal  Zeynaloğlu, 
                                                                       Praktik psixoloq 
                                                                 
03 noyabr 1992 - ci il. 
 
 
 
 
 
 
 
 
 
 

131 
 
Şagirdlərlə aparılacaq əxlaqi 
söhbətlər 
 
(Məktəb psixoloqunun tövsiyələri) 
 
      Şagirdlərlə aparılacaq əxlaqi söhbətlərdə sinif rəhbərinin və 
müəllimlərin aşağıdakı prinsiplərə əməl etmələri zəruridir: 
 
1.Əxlaqi söhbətlər məzmunca şagirdlərin müvafiq yaş səviyyə-
sinə  uyğun  olmalıdır.  Bu  zaman  söhbəti  hədsiz  mücərrəd 
anlayışlar, mürəkkəb mühakimələrlə yükləmək olmaz. 
 
2.Söhbət  aparılan  kollektivi,  onların  istiqamətini,  qarşılıqlı 
münasibətini, təlimə, müəllimə münasibətlərini yaxşı bilmək və 
nəzərə almaq lazımdır. 
 
3.Söhbəti konkret bir səbəblə, ölkənin və kollektivin həyatında 
baş  verən  bir  hadisə  ilə,  yeni  kitab  və  ya  kinofilmlə 
əlaqələndirmək, onlarla bağlı şəkildə təşkil etmək zəruridir. 
 
4.Söhbətə  aydın,  konkret  misallardan  başlamaq  daha 
münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan, inandırıcı 
faktlardan, misallardan istifadə edilməlidir. 
 
5.Əxlaqi  söhbət  zamanı  şagirdlərdə  maksimum  fəallıq 
yaratmaq,  onları  canlı  fikir  mübadiləsinə  cəlb  etmək,  onlarda 
fikir  oyatmaq,  əxlaq  məsələləri  üzərində  düşünməyə  məcbur 
etmək  lazımdır.  Şagirdlərə  əxlaqi  nəticəni  hazır  vermək 
əvəzinə,  onların  özlərinin  əxlaqi  normalar  barədə  nəticə 
çıxarmalarına  /şübhəsiz,  müəllimin  rəhbərliyi  altında/  nail 
olmaq zəruridir. 
 

132 
 
6.Şagirdlərin 
şüuruna 
çatdırılan 
məsələlərin 
yaxşı 
əsaslandırılmasında  böyük  əhəmiyyətə  malikdir.  Bu  cəhətə 
əməl  olunması  xüsusilə  yeniyetmə  və  böyük  məktəblilərlə  iş 
zamanı daha çox zərurət təşkil edir. 
 
7.Əxlaqi  söhbət  zamanı  şagirdlərdə  dərin  və  aydın 
emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman 
mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, 
emosional və canlı keçirsin. 
 
 
                                                                     Camal Zeynaloğlu, 
                                                                          Praktik psixoloq 
                                                                        09 noyabr 1992 - ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

133 
 
Məktəb praktik psixoloqun vəzifəsi 
 
 
       XXI  yüzillikdə  Azərbaycan  məktəbinin,  bütövlükdə  təhsil 
sisteminin uğurları bütün başqa şərtlərlə  yanaşı, həm də məhz 
psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə 
gerçəkləşməsindən,  psixoloji  xidmətin  təhsil  sistemindəki 
rolundan
n
asılı
n
olacaqdır.  
      Təhsil sistemində psixoloji xidmət pedaqoji psixologiyanın 
formalaşma  mərhələsində  olan  yeni  sahələrdən  biridir.  Artıq 
son dövrlərdə tətbiqi pedaqoji, sosial psixologiya və şəxsiyyət 
psixologiyası  kimi  sahələr  doğru  olaraq  ümumi  bir  adla  – 
praktik 
psixologiya 
adlandırılır. 
Son 
illər 
ərzində 
psixologiyanın praktik-tətbiqi sahələrində çalışan psixoloqların 
sayı
n
əhəmiyyətli
n
şəkildə
n
artmışdır. 
      Azərbaycanda praktik məktəb psixoloqlarının hazırlanması 
istiqamətində  həyata  keçirilən  ilk  təşəbbüslər  1989-cu  ilə 
təsadüf  edir.  O  vaxtdan  uzun  bir  dövr  keçməsinə  baxmayaraq 
bu gün onların fəaliyyətini  tənzimləyən hüquqi-normativ  baza 
hələ
n

n
lazımi
n
səviyyədə
n
deyildir.  
       Onu  da  qeyd  edim  ki,  biz  Azərbaycanda  praktik  məktəb 
psixoloqlarının  hazırlanmasının  ilk  məzunlarındanıq.  Orta 
məktəbdə  praktik  psixoloq  vəzifəsində  işlədiyim  illərdə  əmin 
oldum  ki,  ümumtəhsil  məktəblərində  praktik  psixoloqun 
öhdəsinə  çox  böyük  məsuliyyət  düşür.  Anladım  ki,  məktəbdə 
praktik psixoloq  olmadan təhsildə  -  məktəbə  uşaqların düzgün 
və  obyektiv  qəbulu,  təlim-tərbiyədə,  nizam-intizamda,  tədrisin 
keyfiyyətində,  məktəbdəki  həm  müəllim  kollektivi,  həm  də 
şagird  kontingenti  arasındakı  psixoloji  münasibətlərin  tədqiq 
edilməsi  istiqamətində  doğru-düzgün  nəticələr  əldə  edilə 

134 
 
bilməz.    Məktəbdə  praktik  psixoloqun  qarşısında  ən  vacib  və 
məsuliyyətli  vəzifə  dayanır.  Buna  işlədiyim  müddətdə  öz 
təcrübəmdə  şahid  oldum.  Etiraf  edim  ki,  aldığım  psixoloji 
biliklərin məktəb həyatına tətbiqi sahəsində böyük çətinliklərlə 
qarşılaşdım.  Xüsusən  də  məktəb  rəhbərliyinə  və  müəllimlərə 
ənənəvi  qaydada  ünvanladığım  psixoloji  tövsiyələr  adətən 
səmərəsiz 
olurdu. 
Kimsə 
tədrisin 
keyfiyyətinin 
yaxşılaşdırılması  barədə  səmərələşdirici  və  müasir  üsullardan 
istifadə  etməyə  səy  göstərməyə  çalışmırdı.  Müəllimlər  həmişə 
olduğu kimi, tədrisdə, təlim-tərbiyədə, şagirdlərlə münasibətdə 
yenə  də  köhnə  pedaqoji  və  psixoloji  metodlardan  istifadə 
etməyə
n
üstünlük
n
verirdlər. 
      Uzun  illər  boyu  təlim-tərbiyə  vəzifələrinin  işlənib 
hazırlanmasında  təhsil  sisteminin  rəhbər  orqanları  deklarativ 
şəkildə şagirdin şəxsiyyətinin formalaşdırılması zərurətini irəli 
sürsə  də,  əslində  məktəbin  fəaliyyətinin  nəticələrinin 
qiymətləndirilməsində,  şagirdlərin  psixoloji  xarakteristikaları, 
psixi  inkişaf  göstəriciləri  nəzərə  alınmamışdır.  Məktəblərdə 
təlim-tərbiyə  işlərinin  səmərəliliyi  bir  qayda  olaraq  bilik, 
bacarıq  və  vərdişlərin  inkişaf  səviyyəsi  ilə  müəyyən-
ləşdirilmişdir.  Bu  meyar  vacib,  zəruri  olsa  da,  müasir  dövrdə 
kafi  hesab  edilə  bilməz.  Çünki  bu  göstəricilər  uşağın  şəxsi  və 
psixi  inkişafının  tam  mənzərəsini  əks  etdirməyindən, 
öyrənilmiş  materialların  şagirdin  şəxsi  sərvətinə  çevrilmə 
vəziyyətini,  mənimsənilmiş  təlim  materiallarının  şagirdin 
təfəkkürünün  və  qabiliyyətlərinin  gələcək  inkişafına  təsirini 
açmağa  imkan  vermir.  Başqa  sözlə  desək,  bu  halda  təlim-
tərbiyə  prosesinin  özünün  nə  dərəcədə  səmərəli  olması 
məsələsi  aydın  olmur.  Müəllim  müxtəlif  yaşlı  uşaqlarla 
apardığı  təlim-tərbiyə  prosesində  müəyyən  çətinliklərlə 

135 
 
qarşılaşır.  Bu  çətinliklər  sırasına  münaqişəli  məsələləri  və 
situasiyaları,  şagirdlərin  şəxsi  və  intellektual  inkişafında 
normadan 
kənaraçıxma 
hallarının 
profilaktikası 
və 
korreksiyasını  və  s.  aid  etmək  olar.  Müəllimlər  öz  şəxsi 
təcrübəsi 
və 
intuisiyalarına 
əsaslanmaqla 
şagirdləri 
qiymətləndirir,  onlar  haqqında  fikir  söyləyirlər  ki,  bu  da 
əvvəlki  təəssüratlar  əsasında  formalaşmış  qənaətlərdən  başqa 
bir  şey  deyildir.  Bu  halda  müəllimdə  şagirdin  davranış 
motivləri,  hərəkət  və  əməlləri  haqqında  həqiqi  və  dəqiq 
məlumatlar
n
olmur.  
       Praktik  psixoloq  uşaqların  psixi  inkişafında  baş  verən 
keyfiyyət  dəyişikliklərini  vaxtında  qeydə  almaqla,  onların  yaş 
və  fərdi  xüsusiyyətlərini  nəzərə  alan  təlim  və  tərbiyənin 
optimal metod və vasitələrinin seçilməsi və səmərəli tətbiqində 
məktəbin  pedaqoji kollektivinə kömək  göstərmiş olur.   Amma 
bəzi  hallarda  məktəbin  pedaqoji  kollektivi  praktik  psixoloqun 
təlim  və  tərbiyənin  səmərəliliyini  daha  da  artırmaq    sayəsində  
onlara  verdiyi  tövsiyələri  görməzlikdən  gəlirlər.  Əslində  isə 
təhsil  sistemində  psixoloji  xidmətin  həyata  keçirilməsi 
uşaqların təlim və tərbiyə işində elmi-psixoloji biliklərin nəzərə 
alınmasını 
vacib 
bir 
tələb 
kimi 
qarşıya 
qoyur. 
       Praktik  psixoloq  öz  işini  ilkin  olaraq  şagirdlər  haqqında 
fərdi-psixoloji  xəritəni  tərtib  etməkdən  başlamalıdır.  Çünki  bu 
xəritə  tərtib  olmadan  praktik  psixoloq  hər  hansı  şagird 
haqqında  doğru-dürüst  məlimat  əldə  edə  bilməz.  Həmin 
xəritədə aşağıdakı formada tərtib edilməlidir: 
1.  Şagirdin  valideynlərinin  adı,  soyadı  və  atasının  adı. 
Uşaqların  yaşadığı  ailə  haqqında  məlumat.  Şagirdin  yaşı, 

136 
 
təhsili  və  ailənin  mənzil  şəraiti,  maddi  vəziyyəti  və  digər 
xüsusiyyətləri
2. Şagirdin fiziki inkişafı və sağlamlığı, fiziki qüsurların olub-
olmaması, sağlamlıq durumu; 
3. Şagirdin temperament və xarakterin xüsusiyyətləri; 
4.  Şagirdin  psixi  (duyğu,  qavrayış,  hafizə,  nitq,  təfəkkür, 
təxəyyül)  və  emosional  proseslərin  xüsusiyyətləri  və  inkişaf 
səviyyəsi; 
5.  Şagirdlərin  təlim  prosesində  qabiliyyət  və  bacarıqlarının 
xüsusiyyətləri və inkişafı; 
6. Özünüqiymətləndirmə və özünəhörmət; 
7. Şagirdlərin maraq və meylləri; 
8. Davranışın xarakterik xüsusiyyətləri; 
9. Şagirdlərin yaşıdları və yaşlılara münasibətləri; 
10. Şagirdlərin təlimə münasibəti və təlim uğurları; 
11. Şagirdlərin peşəyönümü və peşə maraqları; 
       Əlbəttə,  yuxarıda  qeyd  edilən  bölmələr  şərtidir  və  hər  bir 
psixoloq  buna  uyğun  əlavələr  edə  bilər.  Göstərilən  hər  bir 
bölməyə  aid  məlumatların  əldə  edilməsi  məqsədilə  psixoloq 
müxtəlif metod və metodikalardan istifadə edə bilər. 
      Psixoloji 
xidmət 
müasir 
təhsil 
sisteminin 
üzvi 
komponentlərindən  biridir.  Onun  tətbiqi  uşaqların  intellektual 
imkanlarının,  şəxsiyyətyönümlü  potensiallarının,  təbii  imkan 
və  qabiliyyətlərinin,  maraq  və  meyillərin  vaxtında  aşkara 
çıxarılmasını,  təlim  və  tərbiyə  prosesləri  vasitəsilə  maksimum 
inkişaf  etdirilməsini  təmin  edir.  Psixoloji  xidmət  uşaqların 
psixi  inkişafının  imkanlarını  aşkara  çıxarır,  onların  pedaqoji 
proses  vasitəsilə  maksimum  şəkildə  reallaşmasına  əlverişli 
imkan  yaradır.  Uşaqların  əksəriyyətindən  öz  psixi  inkişafının 
göstəricilərinə  görə  geri  qalan  uşağın  inkişafında  ləngiməyə 

137 
 
səbəb  olan  amilləri  vaxtında  aşkara  çıxaran  psixoloq  bu 
səbəblərin  aradan  qaldırılmasına  yönəlmiş  məqsədyönlü 
fəaliyyəti  ilə  fəal  rol  oynamış  olur.  İstedadlı  və  üstün 
qabiliyyətli  şagirdlərlə  iş  prosesində  praktik  psixoloq  ilk 
növbədə  erkən  yaş  dövrlərində  uşaqlarda  təbii  imkanların 
aşkara  çıxarılması,  onların  qabiliyyətlərə  çevrilməsi  üçün 
inkişafetdirici  proqramların  hazırlanmasında  iştirak  edir,  psixi 
inkişafın  sürətli  gedişi  üçün  mövcud  imkanların  maksimum 
səfərbərliyə  alınması  istiqamətində  əməli  tədbirlər  həyata 
keçirir. 
     Ümumiyyətlə,  məktəbdə  praktik  psixoloqun  qarşısında 
psixolji  ədəbiyyatlarda  qeyd  edildiyi  kimi,  ümumi  və  konkret 
vəzifələr  durur.  Belə  ki,  ümumi  vəzifələr  aşağıdakılardır: 
    1.  Uşaqlarla  iş  zamanı  hər  bir  yaş  dövrünün  potensial 
imkanlarının
n
reallaşdırılmasını
n
təmin
n
etmək;  
     2.  Uşaqların  maraq,  qabiliyyət,  meyl,  hiss,  münasibət, 
əyləncə  və  həyat  planlarının  gerçəkləşdirilməsi  üçün  onların 
fərdi
n
xüsusiyyətlərini
n
inkişaf
n
etdirmək;  
3. Uşaq bağçasında,  internatda, məktəbdə və s. uşağın  normal 
inkişafı  üçün  əlverişli  psixoloji  iqlim  yaratmaq,  yaşlılar  və 
yaşıdları ilə onun məhsuldar ünsiyyət şəraitini təmin etmək;  
4.  Uşaqlarla  yanaşı  müəllimlərə,  valideynlərə,  tərbiyəçilərə 
vaxtında psixoloji yardım göstərmək. 
      Məktəb psixoloqunun  konkret vəzifələrinə  isə  aşağıdakılar 
daxildir. 
1. Şagird şəxsiyyətinin və sinif kollektivinin öyrənilməsi; 
 2. Uşaqların məktəb şəraitinə adaptasiyasının təhlili;  
3.  Uşağın  yaşlılar  və  yaşıdları  ilə  qarşılıqlı  münasibətlərinin 
öyrənilməsi; 

138 
 
 4.  Profilaktik  və  korreksiyaedici  işin  təşkili  üçün  diaqnostik 
metodikalar paketinin seçilməsi;  
5. Şagirdlərin maraq, meyl və qabiliyyətlərini aşkara çıxarmaq 
və onları inkişaf etdirmək;  
6. Psixoloji yardıma ehtiyacı olan uşaqlara kömək etmək. 
      Təhsildə psixoloji xidmət bu vəzifələrin həyata keçirilməsi 
üçün  ilk  növbədə  əlverişli  təhsil  və  tərbiyə  mühitinin 
yaradılmasını,  hər  bir  uşağın  ruhi-mənəvi  inkişafı,  psixi 
sağlamığı naminə normal pedaqoji-psixoloji amillərin olmasını 
tələb  edir.  Belə  şəraiti  isə  psixoloq  yalnız  təkbaşına  deyil, 
müəllimlər  və  uşaqların  valideynləri  ilə  birlikdə  yarada  bilər. 
İnkişafın müxtəlif dövrlərində uşaqların psixi, psixofizioloji və 
şəxsiyyət  baxımından  normal  inkişafını  təmin  etmək  təhsil 
sistemində  psixoloji  xidmətin  qarşısında  duran  başlıca 
vəzifədir. 
       Bu  baxımdan  təhsildə  psixoloji  xidmət  uşağın  inkişafı 
naminə aşağıdakı əsas istiqamətlərə yönəlməlidir:  
1.Təlim-tərbiyə  müəssisələrində  şəxsiyyətin  inkişafını  təmin 
edə biləcək həyat tərzinin formalaşdırılması;  
2.  Uşağın  inkişafı  üçün  bağçada,  məktəbdə,  internatda  və  s. 
inkişaf  üçün  əlverişli  psixoloji  iqlimin  yaradılması,  hər  bir 
inkişaf  mərhələsində  bu  və  ya  digər  fəaliyyət  sahəsində 
maksimum müvəffəqiyyətin əldə edilməsinin təmin olunması;  
 3.  İnsanın  hər  bir  yaş  mərhələsində  şəxsiyyət,  intellektual  və 
peşə hazırlığı baxımından maksimum təmin edilməsi, uşaqlarla 
iş  zamanı  onların  inkişaf  imkanlarının  öyrənilməsi  və  onların 
reallaşdırılması;  
4.  Hər  bir  uşağa  fərdi  yanaşmanın  təmin  edilməsi,  fərdi 
xüsusiyyətlərin,  maraq  və  meyillərin,  hiss  və  münasibətlərin, 
əyləncə və həyat planlarının inkişaf etdirilməsi;  

139 
 
5. Uşağın pedaqoji və psixoloji baxımdan öyrənilməsi;  
6.  Şəxsiyyət  və  intellektual  baxımdan  inkişafda  kənaraçıxma 
hallarının profilaktikası və korreksiyasının həyata keçirilməsi;  
7.  Yetim,  valideyn  himayəsindən  məhrum  olmuş,  qaçqın  və 
köçkün  uşaq  və  yeniyetmələrin  fiziki  və  əqli  inkişafında 
müşahidə  olunan  geridəqalma  hallarının  sosial-psixoloji 
reabilitasiyasını həyata keçirmək;  
8.  Böhranlı və  ekstremal vəziyyətlərdə  uşaq və  yeniyetmələrə, 
müəllim və valideynlərə kömək göstərmək;  
9.  Ailədə  uşaqların  tərbiyəsi,  əlverişli  ailə  mikromühitinin 
yaradılması  üçün  valideynlərə,  onları  əvəz  edən  şəxslərə 
psixoloji məsləhətlər vermək;  
10.  Uşaqlara,  valideynlərə,  müəllim  və  tərbiyəçilərə  öz  vax-
tında psixoloji yardım göstərmək.  
       Təhsil  sistemində  psixoloji  xidmətin  qarşısında  duran  ən 
başlıca,  həm  də  mürəkkəb  vəzifə  təlim  və  tərbiyənin 
keyfiyyətinin  yüksəldilməsinə  xidmət  edən  tədbirlərin  daim 
nəzarətdə
n
saxlanılmasıdır. 
       Bu  gün  Azərbaycanda  totalitar  və  avtoritar  sistem 
demokratik  cəmiyyətlə  əvəz  olunmuş,  təhsil  sistemi  inzibati 
buxovlardan  azad  olmuşdur.  Yeni  pedaqoji  strategiya  və 
taktika,  konsepsual-strateji  məqsədlər  müəyyənləşdirilmiş, 
beynəlxalq  aləmə  inteqrasiya  prosesləri  güclənmişdir.  Təlim-
tərbiyə  prosesində  yeni  mütərəqqi  pedaqoji  texnologiyalar, 
inkişaf  və  diaqnostika  texnologiyaları  bərqərar  olmuşdur. 
Təhsil sistemi  yeni  innovativ  metod və  vasitələrin öyrənilməsi 
üçün eksperimental meydançaya çevrilmişdir. Təhsil sisteminin 
demokratik dəyərlər üzərində qurulması alternativ məktəblərin, 
yeni  tipli  təlim-tərbiyə  müəssisələrin  yaranmasına  gətirib 
çıxarmışdır. 

140 
 
      Azərbaycan respublikası müstəqillik əldə etdikdən sonra bir 
çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü və sürətli 
islahatlara  başlamış,  cəmiyyətin  yeni  sifarişlərinin,  ehtiyacları 
və  təlabatlarının  ödənilməsi  məqsədilə  çoxlu  sayda  yeni  tipli 
təhsil  müəssisələri-liseylər,  gimnaziyalar,  kolleclər,  mərkəzlər, 
müasir təhsil kompleksləri və s. yaradılmışdır. 
     Azərbaycanda  milli  təhsilin  son  məqsədi  öz  varlığında 
yüksək  praktik  hazırlığı,  mədəniyyəti,  mütərəqqi  dünya-
görüşünü  birləşdirən,  xalqının  milli-mənəvi  dəyərlərinə  dərin-
dən  yiyələnən,  soykökünə,  milli  adət-ənənələrinə  bağlı  vətən-
pərvər,  məsuliyyətli,  əməkdaşlığa  qabil,  dövlət  müstəqilliyinə 
sədaqətli vətənpərvər yurddaşların yetişdirlməsindən ibarətdir. 
      Bu  kitabda  toplanmış  metodik  tövsiyələr  1980-1993-cü 
illərdə orta məktəbdə müəllim işlədiyim müddətdə pedaqoji və 
psixoloji  sahədə  qazandığım  bilikləri  həm  müəllim  kollektivi, 
həm  də  çoxsaylı  şagird  kontingenti  üzərində  apardığım 
təcrübələrin  nəticəsində  əldə  edilmişdir.  Ola  bilsin  ki,  bu 
metodik tövsiyələr indiki zamanla səslənməsin. Çünki indiyeni 
təhsilə verilən tələblər də müasirləşib. Amma ona əmin oldum 
ki,  bacarıqlı,  istedadlı  müəllim  şagird  və  tələbələri  qarşısında 
aciz  qalmaması  üçün  dayanmadan  hər  gün  öz  üzərində 
çalışmalı və daim yenilik axtarışında olmalıdır.  
        Praktik  psixoloq  eyni  zamanda  özünün  əxlaq  kodeksini, 
hüquqlarını  və  andını  qətiyyən  unutmamalıdır.  Belə  ki,  o, 
insanlara  fəaliyyətinin  sirlərinə  bələd  olmaqda,  istedad  və 
qabiliyyətlərini  inkişaf  etdirməkdə,  şəxsiyyətin  bütövlüyünü 
qoruyub  saxlamaqda,  psixoloji  müdafiəsini  təmin  etməkdə 
etibarlı dost və yardımçı olmalı, ona müraciət edənlər haqqında 
bildiklərini peşə sirri kimi qorumalıdır. 
 
                                                                        Müəllif 

141 
 
                
İstifadə olunmuş ədəbiyyatlar: 
 
1.Ş.S.Ağayev. “Uşaq psixologiyası məsələləri”.
 n
B.,1966. 
2.Ş.S.Ağayev.“Əmək, tərbiyə və inkişaf”. B.,1967. 
4.Ə.Ə.Əlizadə. “Uşaqlarda diqqətin tərbiyə edilməsi”. B.,1962. 
5.Ə.Ə.Əlizadə.“Uşaqlarda  yaradıcı  fəaliyyətin  psixologiyası”. 
B.,1968. 
6.A.K.Abdullayev.“Uşaqlarda  hafizənin  inkişafı  və  təşəkkülü”. 
B.,1966. 
7.Ə.Ə.Qədirov. “Uşaqlarda idrak proseslərinin inkişafı”. B.,1961. 
8.Ə.S.Bayramov.“Şagirdlərdə təfəkkürün inkişafı”. B.,1962. 
9.Ə.S.Bayramov. “Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsisiy-
yətləri”. B.,1967. 
10.Ə.S.Bayramov. “Uşaqlada əxlaqi hisslərin tərbiyəsi”. B., 1963. 
11. M.Ə.Həmzəyev. “Pedaqoji psixologiya”. B.,1991. 
12. A.U. Məmmədov. “Təlimin psixoloji əsasları”. B., 1993. 
13. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. B., 2002. 
14. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Sosial psixologiya. B., 2003. 
15. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmətin elmi-
nəzəri əsasları”. B.,  2009. 
16. Выготский Л.С. Мышление и речь. (Собр. соч.: Б. 6 м. Т. 2 
М., 1982. 
17. Леонтьев А.Н. Деятельность. Сознание. Личность. М., 
1975. 
18.Luria A.R. “The devolopment of writing in the child”. N.Y., 
1978. 
19.Luria A.R. “The Nature of Human Conflicts: Or Emotion, 
Conflict and Will”. N.Y., 1932. 
20.Nisbett R.,Wilson T. “Telling more than we can know”. Verbal 
reports on Mental Processes // Psychological Review. 1977. № 84 
(3). 
21. Orton S.T. “Reading, Writing and Speech Problems in 
Children. N.Y., 1937. 
 

142 
 
                  Mündəricat 
 
Tədris üçün dəyərli tövsiyələr....................................................3 
İnsan psixologiyasının tərcümanı..............................................5  
Təhsilə psixoloji xidmətin əsas istiqamətlərini əks etdirən 
tövsiyələri.................................................................................10 
Sinifdənxaric oxu və onun aparılması......................................17 
Xarici dil tədrisinin məqsədi....................................................21 
Şagirdlərə fərdi yanaşma prinsipi............................................24 
Xarici dili öyrənərkən hansı üsul və vasitələrdən istifadə etmək 
lazımdır....................................................................................29 
Şagirdlərin şüurlu intizam tərbiyəsi.........................................33 
Yeni sözlərin izahı zamanı İngilis atalar sözü və məsəllərindən 
istifadə olunması......................................................................38 
Yenidənqurma siyasətilə əlaqədar dil dərslərində şagirdlərin 
ideya-siyasi tərbiyəsinə verilən müasir tələblər.......................46 
Şagirdlərin əmək tərbiyəsi.......................................................53 
Şagidrlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin 
formalaşması............................................................................59 
Mənfi emosiyalar və onların aradan qaldırılmasında 
özünüələalmanın rolu...............................................................68 
Kollektivdə konflikt şəraitinin aradan qaldırılması.................77 
Təlim fəaliyyətinin psixoloji prosesi.......................................82 

143 
 
Stressin insan həyatına təsiri və onun aradan qaldırılması 
yolları.....................................................................................100 
Ailədaxili münaqişələr və onların aradan qaldırılması…......113 
Məktəbin idarə olunmasında rəhbər şəxsin qarşısında duran 
əsas vəzifələr.........................................................................122 
Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətində rolu...............127 
Sinif kollektivinin daha yaxşı öyrənilməsi............................129 
Şagirdlərlə aparılacaq əxlaqi söhbətlər.................................131 
Məktəb praktik psixoloqun vəzifəsi......................................133 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

144 
 
 
 
 
 
 
Camal Zeynaloğlu:  “Təlim fəaliyyətinin 
                                   psixoloji prosesi” 
                                       (Metodik tövsiyələr) 
 
            Bakı, “Print-S” nəşriyyatı – 2017,  - 144 səh. 
 
 
 
--------------------------------------------------------------------- 
Çapa imzalanmışdır:       04. 08. 2017 
Kağız formatı:                60 x 84        1/16 
Şərti çap vərəqi:              9.0 
Sayı:                               200 nüsxə 
Sifariş:                            № 75 
--------------------------------------------------------------------- 
“UniPrint” mətbəəsində çap edilmişdir. 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin