Canlı sistemlərdə mexaniki hərəkətin qanunları haqqında elmdir. Ġdman biomexanikası idman texnikasının



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix27.01.2022
ölçüsü0,5 Mb.
#51637
1   2   3   4   5   6   7
vdocuments.mx biomexanika-slayd

Yolun ölçülməsi - sahənin xarakterini ölçmək üçün sabtimetr lenti, xətkeĢ, ölçü 
taxtası, boy ölçən, bucaq ölçən və s. cihazlardan istifadə edilir. Bu cihazların 
köməyi ilə bütün məsafəni, ya da məsafənin bir hissəsini, addımın 
uzunluğunu, tullanmanın hündürlüyünü təyin etmək olar. Hal-hazırda 
mexaniki miqdarı ölçmək üçün elektrik ölçü metodu geniĢ yayılmıĢıdr. Bunun 
köməyilə biləvasitə olaraq oynaqlarda hərərkət əyriliyini, bucaq sürətini, 
sürətləndirmə əyriliyini və s. qeyd etmək mümkündür.
Vaxtın ölçülməsi - bunun üçün saniyə ölçənlər, xronoskoplar, xronomerlər, 
metronomlardan istifadə edilir. Bunların köməyilə bütün məsafəni ya da 
məsafənin bir hissəsini, hərəkətin ayrı-ayrı fazalarının davamlığını, dəqiq 
vaxtla müxtəlif dərəcələrdə qeyd etmək mümkün olar və hərəkətin sıxlığını 
müəyyənləĢdirmək olar. Vaxt göstəricilərini elektro saniyə ölçənlərlə, 
fotoelementlərlə və s. qeyd etmək mümkündür.
Sürətin və sürətləndirmənin ölçülməsi - yolun böyüklüyünü və onun keçilmə vaxtı 
haqqında məlumatlar əsasında hesablama yolu ilə baĢa gəlir. Əvvəlcə bütün 
yolda olan sürəti, sonra isə yolun ayrı-ayrı sahələrində olan sürəti ayırırlar. 
Vaxt ərzində sürətin dəyiĢilməsinin miqdarını hesablamaqla sürətləndirməni 
almaq olar. Yolu, vaxtı, sürəti və sürətləndirməni əyani olaraq təsvir etmək 
üçün qrafiki göstəricidən istifadə edilir.


Qüvvənin ölçülməsi- təsir edən qüvvənin ölçümünü, cismin kütləsi və sürətləndirməni 
bilib, ölçməklə əldə etmək olar:  F=ma . Əzələ qüvvəsini ölçmək üçün müxtəlif qüvvə 
ölçən cihazlarda istifadə edilir. Bu cihazların köməyilə ayrı-ayrı əzələ qruplarının 
gərginlik qüvvəsini, istinad nöqtəsinə olan təsirini, miqdarını, təkan, zərbə, sancma və 
s. qüvvəsini müəyyənləĢdirmək olar. Bu cihazları 2 növə bölmək olar: birincilər adətən 
qüvvənin maksimal əhəmiyyətini, ikincilər isə qüvvənin əyrilik Ģəklində dəyiĢdiyini qeyd 
edirlər (dinamoqraf)
FĠZĠKĠ HƏRKƏTLƏRĠN BĠOMEXANĠKĠ TƏDQĠQAT METALLARI ( davam 
)
4.4 HƏRƏKƏTLƏRĠN OBYEKTĠV QEYDƏ ALINMASI
Bu metod hərəkətlərin mexanikasını öyrənən zaman olduqda əlveriĢlidir. Hərəkətlərin 
qeydə alınması müxtəlif üsullarla ola bilər. Ən sadə üsullardan ayaq ləpirlərinin 
kağızda qeyd edilməsi kefaloqrafiya, pnevmoqrafiya və s. Ən dəqiq qiymətli qeydlər 
müxtəlif foto çəkiliĢin köməyilə aparılır.
Ayaq izlərini almaq üçün qaçıĢ və ya yeriĢdən qabaq ayaq altına və çəkib, döĢəməyə 
salınmıĢ kağız zolağı üzərində qaçmağı təklif edir. Kağız üzərində qalmıĢ izlərdə hər 
addımın uzunluğunu, hərəkətin simmetriklərini, ayaqların arasındakı məsafəni ayağın 
içəri və bayır tağına təzyiqi və s. düzgün təyin etmək olar.


Kefaloqrafiya insanın müxtəlif Ģaquli vəziyyətlərdə baĢının tərpənmə hərəkətləri 
qeydə alınmasıdır. Kefaloqrafiya həmçinin ümumi ağırlıq mərkəzinin 
dəyiĢməsini, əzələ qruplarında baĢ verən gərginliyin reflektor dəyiĢikliyini və 
s. müəyyən edir.
Pnevmoqrafiya havanın sıxlığının köməyilə qeydə alınmasıdır. Bu metod əsas 
etibarilə tənəffüs hərəkətlərini öyrənən zaman istifadə olunur. Bunun üçün 
insanın gövdəsi ətrafına kəmər Ģəkilində 3 hava kamerası bərkidilir: döĢ xətti 
səviyyəsində - aĢağı  döĢ tənəffüsünün qeydi üçün, göbək səviyyəsində-qarın 
tənəffüsünün qeydi üçün. Bu hava kameraları rezin borular vasitəsilə 
kameraya təbillərlə birləĢdirilir və beləliklə, tənəffüs hərərkətləri (vaxtın qeydə 
alınması Ģərtilə) kimoqrafda yazılır.
Sadə foto çəkiliĢi bir anlıq Ģəkil ki, insanın vəziyyəti və duruĢu haqqında təsəvvür 
verir. Ancaq hərəkəti öyrənən zaman bir foto Ģəkili kifayət etmir. Mürəkkəb 
hərəkətləri qeyd etmək üçün kino və ya tsiklo çəkiliĢi lazımıdır. Tsiklo çəkiliĢ 
adi fotoaparatla hərəkətsiz foto plastika üzərində olur.
Kino çəkiliĢi bir anlıq bir-birinin ardınca çəkilən ayrı-ayrı hərəkət anlarının bir 
neçə dəfə kinolentə kadrlar Ģəkilində çəkilməsidir. Adətən bir saniyədə 24 
kadr çəkilir. Cəld hərəkətlərin öyrənilməsi üçün saniyədə 120-240 kadr çəkilir. 
Kino çəkiliĢinin köməyilə fiziki məĢğələlərin icra olunması obyekti və dəqiq 
sürətdə qeyd etmək olar.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin