www.vivo-book.com
496
– Nə?
– Baxın ha, mən ortada yatmalıyam.
– Bu da problem deyil.
Mən aramsız olaraq içkiləri qarıĢdırmağa davam
edirdim və çox keçmədi ki, içkimiz qurtardı. Ona görə də
Ģərab dükanına zəng vurdum.
– Mən istərdim ki...
– Bir dayanın görək, dostum, xəttin o biri ucundan
dedilər, – axĢam 6-ya qədər biz evlərə spirtli içki
çatdırmırıq.
– Ciddi deyirsiniz? Mən sizin boğazınıza hər ay 200
dollar dürtürəm...
– DanıĢan kimdir?
– Çinaski.
– Ahhh, Çinaski... Hansı içkidən istəyirsiniz?
Ona hansı içki lazım olduğunu dedim. Sonra isə əlavə
etdim:
– Mənim evimin yerini bilirsinizmi?
– Oh, əlbəttə.
|