www.vivo-book.com
495
– Qızlar, istəsəz bir neçə gün burada qalıb istirahət edə
bilərsiniz.
Onlar cavabında heç nə demədilər.
– Əgər istəmirsinizsə, gedə də bilərsiniz, – mən dedim.
– Problem deyil. Oturub bir az söhbət edərik. Sizdən heç nə
tələb eləmək fikrində deyiləm.
– Mərcə gələrəm ki, siz çoxlu qadın tanıyırsınız, –
Hilda dedi. – Sizin kitablarınızı oxumuĢuq.
– Mən yazdıqlarım belletristikadır.
– Belletristika nədir?
– Belletristika real həyatın bəzədilmiĢ versiyasdır.
– Demək istəyirsiniz ki, sız yalan-əfsanə yazırsınız, –
Gertruda soruĢdu.
– Hə, bir balaca. Amma çox yox.
– Sizin rəfiqəniz varmı? – Hilda soruĢdu.
– Yox. Hazırda yoxdur.
– Biz qalırıq, – Gertruda dedi.
– Mənim evimdə yalnız bir çarpayı var.
– Bu problem deyil.
– Bir də bir Ģey...
|