www.vivo-book.com
128
içindəki mayenin tavaya düĢməsinə imkan verirsən... bax
belə...
– Aaaa...
– Bu çox asandır.
– Bəs onu necə biĢirirsən?
– Biz onu qızardırıq. Yağda.
– Niyə?
– Çünki onun sarısı dağılıb!
Di Di geri çevrilərək mənə baxdı. Onun gözləri mənə
yalvarırdı: “Henk, bir lənətə gəlmiĢ söz belə demə...”
Bir neçə gün sonra biz yenə yemək üçün ayrılmıĢ
küncdə toplaĢmıĢdıq. Xadimə mətbəxdə öz iĢləri ilə məĢğul
ikən, biz yeməyimizi yeyirdik. Di Di Ronniyə dedi:
– Ġndi sənin velosipedin var. Mən istəyirəm ki, bu gün
sən, nə vaxt istəsən, 6 paket koka-kola alasan. Mən evə
gələndə, bir-iki koka-kola içmək istəyirəm.
– Anacan, o koka-kolalar elə ağır olur ki! Onları özün
ala bilməzsənmi?
– Renni, mən bütün günü iĢləyirəm və yorğun oluram.
Ona görə də kolaları gərək sən alasan.
|