www.vivo-book.com
130
– Yayda Yuta çox gözəl olur. Sən bura gəlməlisən. Biz
təbiətin qoynunda gəzintiyə çıxar, düĢərgə salardıq. Mənim
bacılarımın hamısı burdadır.
– Ġndi gələ bilmərəm.
– Niyə?
– Bilirsənmi, mən indi Di Di ilə birlikdəyəm.
– Di Di?
– Hə, Di Di ilə...
– O telefon nömrəsinə zəng edəcəyini bilirdim, –
Lidiya dedi. – Sənə demiĢdim axı, o nömrəyə zəng
eləyəcəksən!
Di Di mənim yanımda dayanmıĢdı.
– Lütfən, ona de ki, – Di Di dedi, – mənə sentyabr
ayına qədər vaxt versin.
– Onu yaddan çıxar, – Lidiya dedi. – Qoy cəhənnəm
olsun. Bura gəl və mənimlə görüĢ.
– Sən mənə zəng vurmusan deyə, mən burda hər Ģeyi
ata bilmərəm axı. Bundan əlavə, – mən dedim, – sentyabr
ayına qədər Di Dinin yanında olmalıyam.
– Sentyabr?
|