www.vivo-book.com
145
izah etmək üçün cəhd eləmək istəyirəm ki, o məni baĢa
düĢsün.
– Sən onu qayırmaq istəyirsən.
– Yox. Mən onu qayırmaq istəmirəm. Onunla birlikdə
olanda da onu qayırmaq istəməmiĢəm, demək olar. Mən,
sadəcə, ona bəzi Ģeyləri izah etmək istəyirəm.
– Bu heç mənim xoĢuma gəlmir. Nə bilim... bu bir az...
ürəkbulandırıcı səslənir.
– Ġmkan ver, düĢündüyüm Ģeyi eləyim. Lütfən. Mən,
sadəcə, hər Ģeyin aydınlığa qovuĢmasını istəyirəm. Tezliklə
qayıdacağam.
– YaxĢı, amma tez qayıt ha.
Mən öz folksvagenimə mindim, fontanın yanındakı
küncü kəsərək döndüm, bir neçə mil getdikdən sonra Ģimala,
Bronsona tərəf istiqamət aldım və icarə haqqlarının yüksək
olduğu məkana çatdım. MaĢını bayırda bir yerdə saxladım
və düĢdüm. Uzun pilləkənlərlə yuxarı qalxdım və qapının
zəngini basdım. Qapını Byanka açdı. Bir gecə Byankanın
qapıya lüt çıxdığını xatırladım, o vaxt onu qəfildən
|