www.vivo-book.com
147
– Nə? Henk, sən geri qayıtdın?
– Yox, bir dayan, mən, sadəcə, səninlə danıĢmaq
istəyirəm…
– Ah, Henk, Mən səninçün elə darıxmıĢdım ki. Az qala
dəli olacaqdım, içim ağrıdan elə qıvrılırdı ki. Bu lap kabus
idi...
– Mən sənin vəziyyətini yüngülləĢdirmək istəyirəm.
Ona görə də bura, sənin yanına gəlmiĢəm. Bəlkə də mən
axmaq adamam. Amma mən açıq-aĢkar qəddarlığa
inanmıram...
– Mənim nə hislər keçirdiyimi sən hardan biləsən...
– Bu hisslərin nə olduğunu yaxĢı bilirəm. Oralarda mən
də olmuĢam.
– Ġçmək istəyirsənmi? – o əli ilə ĢüĢəyə iĢarə elədi.
Mən boĢ viski ĢüĢəsini qaldırdım və hüznlə onu yenə
yerinə qoydum.
– Bizim dünyamızda həddən ziyadə soyuqluq var, –
mən ona dedim. – Əgər insanlar öz müĢkülləri haqqında bir-
biri ilə danıĢaraq razılığa gələ bilsəydilər, dünyamız tamam
dəyiĢərdi.
|