www.vivo-book.com
149
qucaqladı. Mən mümkün olduğu qədər nəzakətlə ondan
aralandım.
– Henk, – o dedi. – Mənimlə qal! Onun yanına
qayıtma! Bax, mənim çox qəĢəng qıçlarım var!
Di Di bir ayağını yuxarı qaldırdı və mənə nümayiĢ
etdirdi.
– Mənim topuqlarım da qəĢəngdir! Bax!
O mənə öz topuqlarını da göstərdi. Mən onun
çarpayısının kənarında oturmuĢdum.
– Mən səninlə qala bilmərəm, Di Di...
O birdən qalxıb yerində oturdu və məni kötəkləməyə
baĢladı. Onun yumruqları elə bərk idi, elə bil qaya
parçalarıydı. O hər iki əli ilə də mənə ağır zərbələr endirirdi.
O mənə bu zərbələri endirdiyindən mən sakitcə onun
yanında oturmuĢdum. Onun zərbələri mənim gözümün
üstünə, gözümün içinə, alnıma və yanaqlarıma dəyirdi.
Zərbələrdən biri, hətta düz hulqumuma tuĢ gəldi.
– Al, səni alçaq! Alçaq, alçaq alçaq! SƏNƏ NĠFRƏT
EDĠRƏM!
Mən onun biləklərindən yapıĢdım.
|