www.vivo-book.com
180
Onlardan birisi mənə tərəf gəldi. Ümid etdim ki, bu
gələn o olar. Bu lənətə gəlmiĢ böyük kütlənin içində o ən
gözəli idi. Mənə belə bəxtəvərlik üz verə bilməzdi. O mənə
yaxınlaĢdı və gülümsəyərək dedi:
– Mən Mindiyəm.
– Sizin Mindi olduğunuza çox sevindim.
– Sizin də Çinaski olduğunuza mən sevindim.
– Siz baqajı gözləməlisinizmi?
– Hə, özümlə o qədər Ģey-Ģüy gətirmiĢəm ki, burada
uzun müddət qalmağıma bəs edər!
– Onda gəl sənin baqajını barda gözləyək.
Biz bara girdik və özümüz üçün boĢ bir masa tapdıq.
Mindi vodka ilə tonik sifariĢ elədi. Mən isə vodka-7 sifariĢ
elədim. Ah, demək olar ki, tam həmahəngliklə. Mən onun
siqaretini yandırdım. O çox gözəl, demək olar ki, lap bakirə,
lap məsum görünürdü. Buna inanmağım gəlmirdi. Balaca,
sarıĢın saçlı və qüsursuz qədd-qamətli. O, mürəkkəb
sünilikdən daha çox təbii görünürdü. Onun yaĢımtıl maviyə
çalan gözlərinin içinə baxmaqda çətinlik çəkmədiyimi
anladım. Qulaqlarından iki dənə balaca sırğa asılmıĢdı.
|