www.vivo-book.com
179
məni haqlamağa macal tapmamıĢ həyatla bütün əlaqələrimi
bitirmək və rahatca ölmək istəyirdim.
Mindinin təyyarəsi yerə enib öz duracağına tərəf
hərəkət etməyə baĢladı. Ġçimdə baĢ qaldıran hiss məni
təhlükə gözlədiyindən xəbər verirdi. Qadınların, qiyabi də
olsa, məni əvvəlcədən tanımaq imkanları olurdu. Çünki
onlar mənim kitablarımı oxuyurdular. Kitablarımla özümün
bütün sirlərimi faĢ edirdim. Mənim özümünsə onlar
haqqında heç bir bilgim olmurdu. Belə çıxırdı ki, mən əsl
qumarbaz idim. Məni öldürə bilərdilər, xayalarımı kəsə
bilərdilər. Xayaları kəsilmiĢ Çinaski. Xədimin Sevgi
ġeirləri.
Dayanıb Mindini gözləyirdim. SərniĢinlər qapıdan
çıxmağa baĢladılar.
Ah, ümid edirəm ki, Mindi onlardan birisi deyil.
Ya da odur.
Yaxud da bu odur.
Bax, bu o olsaydı lap əla olardı! O ayaqlara bir bax, o
sağrılara, o gözlərə bəh, bəh...
|