www.vivo-book.com
175
– Sən əlin yetən bütün zurna-balabanlardan imtina
etməzdin.
– Bəlkə də.
– Sənin özünü artıq məĢhur birisi kimi qələmə
verməkdən xoĢun gəlir.
– Mən yazarlığa baĢlamazdan əvvəl də özümü indiki
kimi aparırdım.
– Sən həyatımda gördüyüm ən tanınmamıĢ məĢhur
adamsan.
– Mən, sadəcə, Ģöhrətpərəst deyiləm.
– ġöhrətpərəstsən, amma tənbəlsən. Sən hər Ģeyə heç
bir
əziyyətsiz-filansız nail olmaq istəyirsən. Sən,
ümumiyyətlə nə zaman yazırsan? Sən bunu nə vaxt edirsən?
Nə vaxt baxırsan, sən ya çarpayıda uzanmısan, ya sərxoĢsan,
yaxud da at yarıĢlarına getmisən.
– Bilmirəm. Bu elə də vacib deyil.
– Bəs onda vacib olan nədir?
– Bizim bilici quĢumuz sənsən, sən mənə de, – mən
ona dedim.
|