www.vivo-book.com
172
qadınla yaĢamaq, onunla birlikdə qida qəbul eləmək, onunla
yatmaq, küçədə onunla birlikdə gəzməklə kifayətlənən tənha
bir adam idim. Mənim söhbətlərə, ya da harasa getməyə
ehtiyacım yox idi. Əlbəttə cıdır və boks yarıĢları istisna
olmaqla. Televiziya da mənə çatmırdı. Bir kinoteatra getmək
və orada baĢqa insanlarla birlikdə oturub onların
emosiyaların paylaĢmaq üçün pul vermək lazım gələndə də
özümü axmaq kimi hiss edirdim. Qonaqlıqlardan da zəhləm
gedirdi. Qumar oyunlarına, çirkin fırıldaqçı oyunlarına,
eĢqbazlığa, həvəskar sərxoĢluğa və zəhlətökənlərə nifrət
edirdim. Lakin qonaqlıqlar, rəqslər və xırda söhbətlər
Lidiyaya əlavə enerji verirdi. O özünün çox seksapil
olduğunu güman edirdi. Amma onun bu “məziyyəti” həddən
artıq açıq-saçıq idi. Beləliklə, bizim aramızda yaranan
mübahisələrin böyük əksəriyyəti mənim ümumiyyətlə-heç-
bir-yad-adam olmasın arzuma qarĢı onun mümkün-olduqca-
çox-adam-mümkün-olduqca-tez-tez arzusu səbəbilə baĢ
verirdi.