www.vivo-book.com
170
oturmuĢdu və mühərrik iĢləyirdi. Mən qapını açıb maĢına
oturdum və maĢın yerindən tərpəndi. Heç birimizin ağzından
bir söz belə çıxmadı.
24
Ġndi isə Nyu-Yorkda yaĢayan bir qızdan məktublar
almağa baĢlamıĢdım. Onun adı Mindi idi. O təsadüfən
mənim bir neçə kitabıma rast gəlibmiĢ, amma onun
məktublarında ən xoĢuma gələn Ģey onun çox nadir hallarda
yazıçılıqdan bəhs etməsiydi. O da özünün yazıçı olmadığını
dediyi məqamlar idi. O öz məktublarında, ümumiyyətlə,
müxtəlif Ģeylərdən, o cümlədən kiĢilər və seks haqqında
yazırdı. Mindinin cəmi 25 yaĢı vardı, o məktubları əllə,
səliqəli və aydın bir xətlə, amma incə bir yumorla yazırdı.
Mən onun məktublarına həmiĢə cavab yazırdım və öz poçt
qutumda ondan gələn məktubların olduğunu görəndə də çox
sevinirdim. Bəzi insanlar öz fikirlərini məktublarda söhbət
zamanı olduğundan daha yaxĢı ifadə edə bilirdilər, bəziləri
isə bədii və yaradıcı məktublar yaza bilsələr də, Ģeir, hekayə
|