www.vivo-book.com
173
Mindinin gəliĢinə bir neçə gün qalmıĢ mən
münaqiĢənin təməlini atmağa baĢladım. Biz çarpayıda yan-
yana uzanmıĢdıq.
– Lidiya, Allah xatirinə, de görüm sən niyə belə
kütbeyinsən? Sən baĢa düĢmürsənmi ki, mən tənha bir
insanam? GuĢəniĢin birisiyəm? Yazılarımı yazmaq üçün
mən məhz belə bir həyat tərzi sürməliyəm.
– Sən insanlarla ünsiyyətdə olmasan, onlar haqqında
necə nəsə öyrənə bilərsən?
– Onlar haqqında artıq hər Ģeyi bilirəm.
– Biz yemək yemək üçün restorana gedəndə belə sən
baĢını aĢağı dikib oturursan və heç kimə baxmırsan.
– Nə üçün onlara baxıb ürəyimi bulandırmalıyam axı?
– Mən insanları müĢahidə edirəm, – o dedi. Onları
öyrənirəm.
– BoĢ sözlərdi!
– Sən insanlardan, deyəsən, qorxursan axı!
– Mən onlara nifrət edirəm.
– Sən bu düĢüncə ilə necə yazıçı ola bilərsən? Sən
onları müĢahidə belə eləmirsən!
|