www.vivo-book.com
174
– YaxĢı, deyək ki, mən insanlara baxmıram, lakin mən
öz yazılarımla öz evimin kirayə pulunu verə bilirəm. Bu da
qoyun otarmaqdan daha çətin bir iĢdir.
– Sən uzun müddət belə davam edə bilməzsən. Bu
gediĢlə, sən heç nəyə nail ola bilməyəcəksən. Sən hər Ģeyi
lazım olduğunun tərsinə edirsən.
– Elə məhz ona görə də məndə hər Ģey alınır.
– Alınır? Lənət Ģeytana, sənin kim olduğunu bilən
varmı? Bəlkə sən Meyler kimi məĢhur birisisən? Bəlkə
Kapote kimi məĢhursan?
– Onlar heç yazı yaza bilmirlər.
– Amma sən yaza bilirsən! Bircə sən, Çinaski, yaza
bilirsən!
– Bəli mən məhz belə düĢünürəm.
– Sən məĢhursanmı? Əgər Nyu-Yorka getsən, orada
səni tanıyan bir kimsə varmı?
– Bura bax, bu dediklərin mənim heç vecimə deyil.
Mən, sadəcə, öz yazılarımı yazmağa davam eləmək
istəyirəm. Mənə zurna-balaban lazım deyil.
|