www.vivo-book.com
204
zəng edə bilər. Orada məntiqə uyğun problemlərin məntiqə
uyğun da həlli yolları var.
Vans Otlaqları mənim ətrafımda dörd bir tərəfə göz
iĢlədikcə elə hey uzanıb gedirdi. Öz qırmızı bloknotumu
harasa fırıldatdım. Amma yazıçı üçün nə ölümdü! Mən
qəzetlərdəki baĢlıqları xəyalımda canlandıra bilirdim:
HENRĠ ÇĠNASKI, AZ TANINMIġ ġAĠR, YUTA
MEġƏLƏRĠNDƏ ÖLÜ TAPILMIġDIR.
KeçmiĢ poçt məmuru, sonradan isə yazıçı olmuĢ Henri
Çinaskinin çürüməkdə olan cəsədi meĢədə meĢəbəyi V. K.
Bruks tərəfindən tapılmıĢdır. Cəsədin yaxınlığında balaca
qırmızı bir bloknot da aĢkar edilib. Yəqin ki, bu bloknotda
mister Çinaskinin ən son əsərləri yazılmıĢdır.
Bir az da irəlilədim. Tezliklə su ilə dolu ona islaq bir
əraziyə çıxdım. Ara-sıra ayaqlarımdan birisi dizə qədər
bataqlığa batırdı. Mən onu dartıb çıxarmalı olurdum.
Tikanlı məftillərdən düzəldilmiĢ bir hasarın yanına
çatdım. Dərhal baĢa düĢdüm ki, bu hasarın üstündən o biri
tərəf aĢmalı deyiləm. Bunu etməyin yanlıĢ bir Ģey olduğunu
bilsəm də, baĢqa bir alternativ yol da görmürdüm. Hasarın
|