www.vivo-book.com
200
Hə, qəti Ģəkildə iddia etmək olar ki, o indi burda deyil,
deyə düĢündüm.
Mən çönüb Lidiyaya baxdım.
– Gəl gedib bir az gəziĢək.
– Yox, – deyə o etiraz etdi. – Mən bu kitabı oxumaq
istəyirəm. – Kitabın adı “Sevgi və Orqazm” idi: Cinsi Ġcraya
dair Ġnqilabi Təlimat.
– YaxĢı, – mən dedim, – onda təkbaĢına gəziĢəcəyəm.
Mən dağ çeĢməsinə yaxınlaĢdım. Əlimi uzadıb bir pivə
də götürdüm, qapağını açdım və orada oturub pivəni içməyə
baĢladım. Bu dağlarda tələyə düĢmüĢdüm, özü də iki zır dəli
qadınla birlikdə. Onlar durmadan seks haqqında danıĢmaqla
sikiĢməyin də ləzzətini qaçırmıĢdılar. Mənim də
sikiĢməkdən xoĢum gəlir, amma bu iĢ mənim dinim deyildi
axı. Bu iĢin içində həddən çox gülməli və faciəli Ģeylər var.
Gördüyüm qədərilə insanlar onunla necə rəftar edəcəyini
bilmədiklərindən, onu oyuncağa çevirmiĢdilər. Ġnsanların
həyatını qaraldan oyuncağa.
Qərara gəldim ki, ən əsası düzgün qadını tapmaqdı.
Amma necə tapmalı? Yanımda qırmızı bloknot ilə bir qələm
|