www.vivo-book.com
199
istəmirdilər. Onlar ümumiyyətlə pivəyə qarĢı idilər. Biz
Qlendolinanın romanını müzakirə etdik. Mən belə bir
nəticəyə gəlmiĢdim ki, hər kim öz romanını ucadan
baĢqalarına oxumağa can atırsa, onlarla ehtiyatla davranmaq
lazımdır. Əgər bu, məĢhur ölüm öpüĢü deyildisə, deməli
ümumiyyətlə belə bir Ģey mövcud deyildi.
Bizim söhbətimiz öz məcrasını dəyiĢdi və qızlar kiĢilər,
əyləncə gecələri, rəqs və seks haqqında çərənləməyə
baĢladılar. Qlendolinanın zil və həyəcanlı səsi vardı. O əsəbi
bir tərzdə gülürdü, özü də fasiləsiz olaraq gülürdü. Onun
yaĢı qırxdan bir xeyli keçmiĢdi, çox tosqun və səliqəsiz bir
qadın idi. Bundan əlavə, o lap mənim kimi, çox kifir idi.
Qlendolina bir saatdan artıq bir müddət nəfəs almadan
elə hey aramsız danıĢdı. Özü də yalnız seks haqında. Mənim
baĢım yavaĢ-yavaĢ dönməyə baĢlamıĢdı. O, qollarını baĢı
üzərində havaya qaldırıb ora-bura yellədirdi.
– DAĞLARIN VƏHġĠ QADINI MƏN ÖZÜMƏM!
AH HARDADIR, AH HARDADIR O KĠġĠ, MƏNĠ RAM
ETMƏYƏ
CÜRƏTĠ
ÇATACAQ
O
ƏSL
KĠġĠ
HARADADIR?
|