www.vivo-book.com
196
– Mənim bütün paltarlarım sənin evindədir. Onları
götürmək üçün sənin evinə gəlməli olacağam.
– Əlbəttə.
– Onun sənin evindən getdiyinə əminsənmi?
– Hə.
– O, öküz kimi hərəkət edir, o qadın, o elə bil kiĢidir.
– Məncə, o elə deyil.
Mindi ayağa qalxıb vanna otağına keçdi. Bobbi mənə
tərəf baxdı.
– Mən onu qayırmıĢam, – o dedi. – Buna görə onu
günahlandırma. Onun gedəcək yeri yox idi.
– Onu günahlandırmıram.
– Onun ovqatını bir qədər yaxĢılaĢdırmaq üçün Valeri
onu “Frederiks”ə apardı və ona yeni paltarlar aldı.
Mindi vanna otağından çıxıb yanımıza gəldi. O
ağlayırdı.
– Mindi, – mən dedim. – Ġndi mən getməliyəm.
– Paltarlarımı almaq üçün mən sonra gələrəm.
Mən ayağa qalxdım və qapıdan çıxdım. Mindi də
arxamca bayıra çıxdı.
|