www.vivo-book.com
192
içər və söhbət edərik. Qadınlarımın bir-birini anlaması, çox
xoĢuma gəlir.
Sonra Lidiyanın, – “Sən arıq və balaca zibilsən, düz
demirəmmi?” – dediyini eĢitdim.
Bundan sonra Mindinin qıĢqırdığını eĢitdim. Lidiya da
qıĢqırdı. Orada mübarizə, hıqqıltı və yerə çırpılan bədən
səsləri eĢitdim. Mindi yenə qıĢqırdı – elə bil ona hücum
eləmiĢdilər. Lidiya bağırdı – bu qıĢqırıq öz qurbanının
baĢının üstünü almıĢ pələngin nərəsinə bənzəyirdi. Mən
sıçrayaraq yataqdan qalxdım. Onları bir-birindən ayırmaq
istəyirdim. Cəld əynimdəki bircə qısa tumanla ön otağa
qaçdım. Orada dəli bir səhnənin Ģahidi oldum: onlar bir-
birinin saçını didir, bir-birinə tüpürür və cırmaqlaĢırdılar.
Onları ayırmaq üçün irəli Ģığıdım, amma xalçanın üstündəki
öz ayaqqabılarıma iliĢərək kökündən kəsilmiĢ ağac kimi
döĢəməyə çırpıldım. Mindi cəld bir hərəkətlə qapıdan
çıxaraq bayıra qaçdı, Lidiya isə vaxt itirmədən onun
arxasında cumdu. Onlar cığırla küçəyə tərəf qaçırdılar. Bir
fəryad səsi də eĢitdim.
|