www.vivo-book.com
191
gəzib
dolaĢdıq. Amma aramızdakı problemi çözə
bilməmiĢdik. Mən heç cür orqazma çata bilmirdim.
Deyəsən, heç nə onu narahat etmirdi. Təəccüblü olan da elə
bu idi.
Bir axĢam, saat təqribən 22:45 radələrində Mindi ön
otaqda oturub içki içərək jurnal oxuyurdu. Mən isə əynimdə,
sadəcə, qısa tumanla, sərxoĢ bir vəziyyətdə, siqaret çəkə-
çəkə və yanımdakı stulun üstündə dolu bir qədəh içki ilə
çarpayıda uzanmıĢdım. Heç nə hiss etmədən və heç nə
haqqında düĢünmədən gözlərimi mavi tavana zilləmiĢdim.
Birdən bayır qapı döyüldü.
Mindi dedi:
– Qapını açımmı?
– Əlbəttə, – deyə cavab verdim, – get aç.
Mindinin qapını açmasını eĢitdim. Sonra isə Lidiyanın
səsi eĢidildi.
– Sadəcə gəlmiĢəm ki, mənim rəqibimin kim olduğunu
görüm.
Aha, mən düĢündüm, bu lap əla oldu ki. Ġndi yerimdən
qalxıb onların hər ikisinə də içki süzərəm. Hamımız birlikdə