www.vivo-book.com
193
Bir necə dəqiqə keçdi. Mən döĢəmədən ayağa qalxıb
qapını bağladım. Görünür Mindi qaçıb canını qurtara
bilmiĢdi. Çünki qəfildən qapı açıldı və Lidiya otağa daxil
oldu. O, qapının yanındakı stula oturub mənə baxdı.
– Məni bağıĢla. Mən iĢəyib altımı batırmıĢam.
O doğru deyirdi. Onun qasığında tünd bir ləkə izi vardı
və Ģalvarının bir qıçı islanmıĢdı.
– BoĢ ver, eybi yoxdur, –dedim.
Mən Lidiyaya bir qədəh içki süzdüm və o qədəhi əlində
tutaraq elə oradaca oturmuĢdu. Öz qədəhimi isə əlimdə düz
tuta bilmirdim. Heç birimiz danıĢmırdıq. Qısa bir müddət
keçəndən sonra qapı döyüldü. Mən bircə qısa tumanda
yerimdən qalxdım və qapını açdım. Mənim nəhəng, ağ və
sallaq qarnım tumanın rezininin üstündən aĢaraq aĢağı
sallanırdı. Qapıda iki polis məmuru dayanmıĢdı.
– Salam, – mən onlara dedim.
– Biz ictimai asayiĢin pozulması ilə bağlı bizə daxil
olmuĢ telefon zənginə görə gəlmiĢik.
– Bu, sadəcə, xırda ailə-məiĢət zəminində baĢ vermiĢ
mübahisə idi, – deyə onlara cavab verdim.
|