www.vivo-book.com
198
vardı. Ġlk gecə bir təhər sıxıĢaraq oraya yerləĢdik, amma
ağcaqanadlar da bizimlə birlikdə çadıra soxula bilmiĢdilər.
DəhĢət idi.
Ertəsi gün səhər biz düĢərgə tonqalının ətrafında
oturmuĢduq. Qlendolina ilə Lidiya səhər yeməyi
hazırlayırdılar. Mən təxminən $40 dollarlıq ərzaq almıĢdım,
bunun içinə bir neçə dənə 6 pivəlik paket də daxil idi.
Pivələri soyutmaq üçün onları dağ bulağının içinə
qoymuĢdum. Səhər yeməyini bitirəndən sonra, mən qabları
yumaqda onlara kömək elədim. Sonra isə Qlendolina öz
romanını çıxarıb bizə oxumağa baĢladı. Əslində roman elə
də pis yazılmamıĢdı, amma mətn çox qeyri-peĢəkar bir
tərzdə yazılmıĢdı və yazının dərindən redaktə olunmasına
ehtiyac vardı. Qlendolina elə güman edirdi ki, oxucu da bu
qadının həyatına onun özü kimi heyran qalacaq – bu isə
ölümcül bir səhv idi. Onun buraxdığı baĢqa ölümcül
səhvlərin sayı burada qeyd edilməsi üçün həddən ziyadə
çoxdur.
Mən çeĢməyə tərəf getdim və əlimdə 3 ĢüĢə pivə ilə
geri döndüm. Qızlar pivədən imtina etdilər, pivə içmək
|