www.vivo-book.com
209
az baĢımdan aĢağı tökdüm. Nəhayət sudan içdim, amma çox
yox. Özü də asta-asta, kinofilmlərdə gördüyüm kimi.
Bir qədər yorğunluğumu alandan sonra, su anbarının
üstündən keçən bir körpü gördüm. Körpünün üstünə çıxdım.
Bir qədər irəliləyəndən sonra körpünün yanına boltlarla
bərkidilmiĢ bir metal yeĢiyə rast gəldim. Onun qapağı qıfılla
kilidlənmiĢdi. Yəqin onun içində telefon vardı! Mən zəng
edib kömək çağıra bilərdim!
Gedib bir böyük daĢ tapdım və qıfılı sındırmaq üçün
onunla qıfıla zərbələr endirməyə baĢladım. Qıfıl heç cür
sınmaq istəmirdi. Belə bir vəziyyətdə Cek London nə
edərdi? Bəs Heminquey nə edərdi? Bəs Jan Jene?
Fasiləsiz olaraq əlimdəki daĢla qıfıla zərbələr
endirirdim. Bəzən hədəfi ĢaĢırırdım. Belə anlarda əlim qıfıla,
ya da metal qutuya çırpılırdı. Ona görə də əlimin dərisi
qopmuĢdu və yaramdan qan axırdı. Bütün gücümü toplayıb
qıfıla son zərbəni endirdim. Qıfılın dili qırıldı. Onu çıxardım
və metal qutunu açdım. Orada telefon-zad yox idi. Qutunun
içində dəyiĢdirici açarlar sırası və bir neçə qalın kabel vardı.
Mən əlimi qutunun içinə uzadın kabellərdən birisinə
|