www.vivo-book.com
210
toxundum və elektrik cərəyanı məni çox güclü çarpdı. Sonra
açarlardan birini özümə tərəf dartdım və qəfildən suyun
uğultusunu eĢitdim. Beton divardan çıxan 3, ya da 4 borudan
nəhəng, ağ su Ģırnaqları fıĢqırırdı. BaĢqa bir açarı dartdım.
Tonlarla suyu buraxan daha bir neçə boru açıldı. Üçüncü
açarı dartdım və elə o andaca bənddəki bütün borular açıldı.
Mən körpüdə dayanıb sürətlə axan suya tamaĢa edirdim.
Bəlkə də mən burada daĢqın yarada bilsəydim, kovboylar at
belində, ya da sınıq-salxaq balaca pikaplarda gəlib məni
xilas edərdilər. Mən artıq qəzet manĢetlərini də görə
bilirdim:
HENRĠ ÇĠNASKI, AZ TANINMIġ ġAĠR, ÖZ LOS-
ANCELESLĠ YUMġAQ DALINI XĠLAS ETMƏK ÜÇÜN
YUTA MEġƏLƏRĠNĠ DAġQINA QƏRQ EDĠB.
Qərara gəldim ki, bunu etməsəm daha yaxĢı olar. Mən
bütün açarları öz normal yerlərinə qaytardım, metal qutunu
bağladım və sınıq qıfılı yerinə asdım.
Sonra su anbarından çıxıb bir az yuxarıda baĢqa bir yol
tapdım və onunla da yoluma davam etdim. O bir yola
nisbətən, deyəsən, bu yoldan, daha çox istifadə edilmiĢdi.
|