www.vivo-book.com
246
dizinin üstünə qoydum. Mən daha heç bir Ģeydən tam əmin
deyildim.
37
Mən öz qadınlarımı, adətən ya boks matçlarına, ya da
cıdır yarıĢlarına aparırdım. Həmin cümə axĢamı günü mən
Katrinanı “Olimpik” idman zalında keçirilən boks
matçlarına apardım. O həyatında heç vaxt bir boks matçına
canlı-canlı tamaĢa etməmiĢdi. Biz birinci döyüĢ
baĢlamazdan bir xeyli əvvəl ora çatdıq və düz rinqin
yaxınlığında oturduq. Mən pivə içə-içə, siqaret çəkə-çəkə
oturub gözləyirdim.
– Çox qəribədir, – mən ona dedim, – insanlar bura gəlir
və oturub iki nəfərin rinqə çıxmasını və sonra da eĢĢək
sudan gəlincəyə qədər bir-birini kötəkləməsini gözləyirlər.
– Bu dəhĢətli səslənir.
– Bu arena uzun illər bundan əvvəl inĢa edilib, – o
ərafa nəzər salıb bu qədim zala tamaĢa elədiyi vaxt, mən ona
dedim. – Burada yalnız iki ayaqyolu var, biri kiĢilər, o birisi
isə qadınlar üçün, onların ikisi də çox darısqaldır. Ona görə
|