www.vivo-book.com
248
gəliĢini gözləyirdi. Mən yalqız qalanda heç vaxt özümü
rahat hiss etməmiĢəm; bəzən özümü yaxĢı hiss etdiyim
vaxtlar olub, amma rahat hiss etdiyim vaxtlar olmayıb.
Ġlk döyüĢ əla alındı, çoxlu qan və cəsarət. Boks
matçlarına və cıdır yarıĢlarına tamaĢa etməklə necə yazmaq
haqqında bəzi Ģeyləri öyrənmək olar. Bu fikir mənə aydın
olmasa da, köməyi dəyirdi. Əsas məqam da elə bu idi: fikir
aydın deyildi. Burada söz yox idi, lap yanan ev kimi, ya da
zəlzələ kimi, yaxud da maĢından düĢərkən öz ayaqlarını açıb
göstərən qadın kimi. BaĢqa yazıçılara nə lazım olduğunu
bilmirdim; bu heç mənim vecimə də deyildi, onsuz da
onların yazdıqlarını oxuya bilmirdim. Mən öz vərdiĢlərimin,
öz zehniyyətimin əsiri idim. Səfeh olmaq elə də pis Ģey
deyil, əgər nadanlıq tamamilə sənə məxsusdursa. Mən dəqiq
bilirdim ki, bir gün gələcək və mən Katrina haqqında nəsə
yazacağam. Üstəlik bunun çətin olacağını da bilirəm.
FahiĢələr haqqında yazmaq çox asandır, amma yaxĢı bir
qadın haqqında nəsə yazmaq müqayisəyə gəlməyəcək qədər
çətindir.
|