www.vivo-book.com
278
– Burda isə qaydasında deyil. Mən hamiləyəm.
– Nə?
– Üstəlik uĢağın atasının kim olduğunu da bilmirəm.
– Deməli belə?
– O hollandiyalını xatırlayırsanmı, indi mənim
iĢlədiyim barın yanında fırlanın adamı deyirəm?
– Hə, o qoca dazbaĢ.
– Bilirsən, o, əslində, pis adam deyil. Mənə aĢiq olub.
Mənə tez-tez gül dəstələri və konfetlər gətirir. Mənimlə
evlənmək fikrinə düĢüb. Mənə qarĢı, həqiqətən, çox
mərhəmətli olub. Bir gecə evə onunla birlikdə getdim. Və
biz bu iĢi elədik.
– Lap yaxĢı.
– Ondan baĢqa Barni adlı birisi də var, o evlidir, amma
ondan xoĢum gəlir. Bardakı bütün kiĢilərdən bircə o mənim
qarĢımda oyunlardan çıxmırdı, qır-saqqız olub boğazıma
yapıĢmırdı. Məni ona cəzb eləyən də elə bu davranıĢı oldu.
Hə, bir də, mənim evimi satmaq istədiyimi sən də bilirsən.
Ona görə də, o bir gün günorta vaxtı mənim evimə gəldi. Elə
belə gəlmiĢdi. Mənə dedi ki, bu evə hansısa dostu üçün
|