www.vivo-book.com
275
– Bəs döĢək hanı?
– Bir azdan gətirəcəklər. Gəl bir az pivə içək. Səndə
həblər varmı?
O mənə bir həb verdi. GünəĢin Ģüaları onun kürən
saçlarından süzülürdü.
1973-cü ildə Portağal Vilayəti Yarmarkasında Temmini
Miss GünəĢli DovĢan seçmiĢdilər. O vaxtdan dörd il keçsə
də, qızda heç nə dəyiĢməmiĢdi. Onun bütün lazım olan
yerləri iri və təravətli idi.
Mal çatdıran əlində döĢək artıq qapının ağzında
dayanmıĢdı.
– Ġcazə verin sizə kömək eləyim.
Kuryerin mərhəmətli bir insan olduğu məlum oldu. O
mənə döĢəyi çarpayıya yerləĢdirməyə də yardım etdi. Sonra
divanda oturmuĢ Temmini görəndə, diĢlərini ağartdı.
– Salam, – kuryer Temmiyə dedi.
– Çox sağ olun, – deyə mən ona minnətdarlıq elədim,
sonra da 3 dollar verib yola saldım.
|