www.vivo-book.com
283
CırılmıĢ rəsmin parçalarını, əvvəlcə havaya atır, onlar yerə
düĢəndən sonra isə onları ayaqları ilə tapdalayırdı.
Ayaqlarında kovboy çəkmələri vardı. Sonra o mənim
kitablarımı polietilen torbalardan çıxarıb onları ətrafa,
küçənin ortasına, evin önündəki çəmənliyə, hər yerə
səpələməyə baĢladı.
– Al, bu da sənə sənin rəsmlərin! Al, bu da sənə sənin
kitabların! VƏ BĠR DƏ MƏNƏ ÖZ QADINLARIN
HAQQINDA HEÇ NƏ DANIġMA! BĠR DƏ MƏNƏ ÖZ
QADINLARIN HAQQINDA HEÇ NƏ DANIġMA!
Sonra əlində mənim son kitabım, “Henri Çinaskinin
seçilmiĢ əsərləri” adlı kitabla həyətə tərəf qaçdı və ucadan
ulamağa baĢladı:
– Hə, nədi, öz kitablarını geri istəyirsən? Hə, nədi, öz
kitablarını geri istəyirsən? Al, bu da sənə lənətə gəlmiĢ
kitabların! VƏ BĠR DƏ MƏNƏ ÖZ QADINLARIN
HAQQINDA HEÇ NƏ DANIġMA!
O mənim bayır qapımın ĢüĢələrini qırmağa baĢladı.
“Henri Çinaskinin seçilmiĢ əsərləri” kitabını əlinə alıb
onunla qapının ĢüĢələrini bir-bir qırır və ucadan bağırırdı:
|