www.vivo-book.com
291
Ġndi o, küncdəki masanın üstündəki makinada öz yazılarımı
yazdığım mətbəximə gələ bilərdi.
49
Həmin həftənin çərĢənbə axĢamı günü biz onunla
bilikdə mənim evimdə oturub içirdik: Temmi, mən və onun
qardaĢı Cey. Birdən telefon zəng çaldı. Bu Bobbi idi.
– Lui ilə arvadı indi mənim evimdədirlər və qadın
səninlə tanıĢ olmaq istəyir.
Lui indi Temminin yaĢadığı mənzili yenicə boĢaltmıĢ
adam idi. O, balaca klublarda konsertlər verən cazz-
qruplarda çalırdı və demək olar ki, bəxti heç vaxt gətirmirdi.
Amma bu adam özü çox maraqlı bir tip idi.
– Məncə dəyməz, Bobbi.
– Əgər bura gəlməsən, Lui səndən inciyər.
– YaxĢı, Bobbi, qoy sən deyən olsun, amma mən ora
özümlə bir neçə dostumu da gətirəcəm.
Biz ora getdik və hamı bir-biri ilə tanıĢ oldu. Sonra
Bobbi bizi ucuz qiymətə aldığı pivələrdən bir neçəsinə
|