www.vivo-book.com
289
Biz bir göz qırpımında bir-birimizə sarılaraq öpüĢdük.
Ben Solvnaq bizimlə xüdahafizləĢdi və aradan çıxdı.
– O qancıq balaları mənim əĢyalarımı müsadirə etdilər.
Bütün əĢyalarımı! Evin kirayə haqqını ödəyə bilmirdim! O
alçaq qancıq balaları!
– Ora gedib onların dərsini verərəm. Sənin əĢyalarını
da geri alarıq.
– Yox, onun silahları var! Cürbəcür silahlar!
– Aaa.
– Qızım indi anamgildədir.
– Bəlkə bir Ģey içəsən?
– Hə, əlbəttə.
– Nə içmək istərdin?
– Həddən artıq turĢ Ģampan pis olmazdı.
– YaxĢı.
Evimin qapısı hələ də açıq idi və oradan evə düĢən
günorta günəĢinin Ģüaları onun saçlarından süzülərək min
rəngə boyanırdı – onun saçları necə də uzun və qırmızı idi,
elə bil alov idi, alıĢıb yanırdı.