www.vivo-book.com
297
Temmi hələ də geri qayıtmamıĢdı. Atlar növbəti yarıĢ
üçün starta çıxmıĢdılar. Bu dəfə pul qoymamaq qərarına
gəldim. Qərara gəldin ki, gedib Temmini axtarım.
Əvvəlcə, yuxarı mərtəbəyə qalxdım və ümumi tamaĢaçı
tribunasına, bütün keçidlərə, bufetin bütün piĢtaxtalarına və
bara baxdım. Onu heç yerdə tapa bilmədim.
Ġkinci yarıĢ artıq baĢlamıĢ və çaparlar bir dövrə
vurmuĢdular. AĢağı mərtəbəyə enərkən, atların düz cığıra
çıxmaları ilə oyunçuların necə bağırdıqlarını eĢitdim.
Gözlərim hər yerdə o heyrətamiz bədəni və alov kimi yanan
qırmızı saçları axtarırdı. Amma onu heç yerdə tapa
bilmədim.
AĢağı, ilk təcili tibbi yardım məntəqəsinə endim. Orada
siqar çəkən bir kiĢi oturmuĢdu. Ondan soruĢdum:
– Sizə qırmızı saçlı cavan bir qız gətirməyiblərmi?
Bəlkə də o huĢunu itirib... o özünü yaxĢı hiss eləmirdi.
– Burada heç bir qırmızı saçlı qız-zad yoxdu, ser.
Ayaqlarım bərk yorulmuĢdu. Yenə ikinci mərtəbəyə
qalxdım və növbəti yarıĢ haqqında düĢünməyə baĢladım.
|