www.vivo-book.com
305
Temmi divanın uzaq küncündə oturub “McDonald”
qaĢığı ilə fınxıra-fınxıra burnuna kokain çəkirdi. Bobbi
mənim əlimə bir ĢüĢə pivə dürtüĢdürdü.
– Problem ondadır ki, – o mənə dedi, – sən özündən
əmin deyilsən, səndə özünəgüvən çatıĢmır.
Mən bir söz demədən öz pivəmi əmirdim.
– Hə düzdü, Bobbi düz deyir, – Temmi dedi.
– Ġçimdə nəsə bir ağrı var.
– Sən, sadəcə, özünə güvənmirsən, – Bobbi dedi, –
məsələ bu qədər bəsitdir.
Məndə Coanna Doverin iki telefon nömrəsi vardı.
Qalvestonda olan nömrəni yoxladım. O cavab verdi:
– Bu mənəm, Henri.
– Səsin elə gəlir, elə bil bir az keflisən.
– Hə bir balaca keflənmiĢəm. Səninlə görüĢmək
istəyirəm.
– Nə vaxt?
– Sabah.
– DanıĢdıq.
– Sən məni hava limanında qarĢılaya bilərsənmi?
|