www.vivo-book.com
303
– Sən onunla çox pis rəftar edirsən. Bilirsən ki, onun
arvadı iĢə gedəndə, o evdə tək qalır. Lənət Ģeytana, sənə nə
olub axı?
Temmi bir sıçrayıĢla ayağa qalxaraq yataq otağına
qaçdı və dəstəyi götürüb nömrəni yığmağa baĢladı. Mən elə
indicə onun üçün bir ĢüĢə Ģampan Ģərabı almıĢdım, amma o,
ĢüĢəni hələ açmamıĢdı. Mən tez ĢüĢəni götürdüm və onu
süpürgə saxlanan Ģkafda gizlətdim.
– Bobbi, – o telefonun dəstəyini ağzına sıxaraq dedi, –
danıĢan Temmidir. Elə indicə zəng edən sən idin? Sənin
arvadın hardadı? Qulaq as, mən indi sənin yanına gəlirəm.
O dəstəyi asdı və yataq otağından çıxdı.
– ġampan ĢüĢəsi hanı?
– Sikdir, – deyə çımxırdım, – sən nə Ģərabı buradan
özünlə aparacaqsan, nə də onunla birlikdə içəcəksən.
– Mən o Ģampan ĢüĢəsini istəyirəm. Onu hara
qoymusan?
– Qoy o sənə Ģampanı özü alsın.
Temmi qəhvə masasının üstündən siqaret qutusunu
qapdı və qaçaraq qapıdan çıxdı.
|