www.vivo-book.com
306
– Əlbəttə, əzizim.
– Təyyarəyə bilet alandan sonra sənə zəng vuracam.
Mən 707-ci reysə bilet sifariĢ etdim. Təyyarə ertəsi
gün, saat 12:15-də Los-Anceles Beynəlxalq Hava
Limanından uçacaqdı. Zəng edib bu məlumatları Coanna
Doverə bildirdim. O da mənə dedi ki, lazımi vaxtda məni
qarĢılamaq üçün orada olacaq.
Telefon yenə zəng çaldı. Bu dəfə zəng edən Lidiya idi.
– DüĢündüm ki, – Lidiya dedi – evimi satdığımı sənə
deməliyəm. Feniksə köçürəm. Sabah səhər mən artıq
buralarda olmayacağam.
– YaxĢı, Lidiya, sənə uğurlar arzulayıram.
– UĢağı saldım. Az qala öləcəkdim, çox dəhĢətli bir
vəziyyət idi. O qədər qan itirmiĢdim ki. Bununla bağlı səni
narahat eləmək istəmədim.
– Ġndi hər Ģey qaydasındadırmı? YaxĢısanmı?
– Hər Ģey qaydasındadır. Sadəcə, bu Ģəhərdən baĢ
götürüb getmək istəyirəm. Çünki bu Ģəhər məni cana
doydurub.
Biz bir-birimizlə vidalaĢdıq.
|