www.vivo-book.com
299
Ata pul qoydum. Amma 4-cü at yarıĢı bir burun fərqi
ilə dala qalaraq uduzdu. YarıĢlar baĢa çatmıĢdı. Temmi ilə
mən avtomobil duracağına birlikdə getdik. Biz yanaĢı
addımladıqca, onun budları mənim qıçlarıma çırpılırdı.
– Sən məni əməlli-baĢlı qorxutdun, – mən dedim.
Biz maĢınımızı tapıq və oturduq. Geri qayıdarkən,
yolda Temmi 6-7 siqaret çəkdi. Əslində, siqaretləri yarıya
qədər çəkəndən sonra onları külqabına basaraq əzirdi. Sonra
o, radionu yandırdı. Temmi radio ilə oynayaraq gah onun
səsini artırır, gah da azaldırdı, stansiyaları bir-bir dəyiĢir və
musiqinin ahənginə uyğun çırtma vururdu.
Biz məhəlləmizə çatanda, o maĢından düĢüb öz evinə
qaçdı və qapını arxadan kilidlədi.
Dostları ilə paylaş: |