www.vivo-book.com
295
saxlamağı bacarmırsan? Gəl yuxarı qalxaq, mən sənin Ģeyini
ağzıma alım!” – deyibmiĢ.
Mən döngədəki dükana gedib qəzet aldım. Evə
qayıtdım və at yarıĢlarının nəticələrinə baxdım. Həmçinin
bıçaqlama, zorlama və qətllər haqqında yazılmıĢ xəbərləri də
oxudum.
Birdən qapı döyüldü. Qapını açdım. Gələn Temmi idi.
O otağa daxil olub oturdu.
– Bura bax, – o dedi, – əgər dünənki davranıĢım səni
incidibsə, səndən üzr istəyirəm, amma üzrü yalnız buna görə
istəyirəm. Qalan Ģeylərə gəlincə, bax mən beləyəm.
– Hər Ģey qaydasındadır, – deyə mən cavab verdim, –
amma Luinin arxasınca qaçaraq bayıra çıxmağınla sən
Paulanın da xətrinə dəymisən. Onlar birlikdədirlər, bunu
özün də bilirsən axı.
– POX! – o mənim üstümə bağırdı, – PAULADAN
MƏNƏ NƏ, QOY CƏHƏNNƏM OLSUN!
Dostları ilə paylaş: |