www.vivo-book.com
282
gözə dəymirdi, tosterim, radiom və Ģəkillərim də harasa
qeyb olmuĢdu.
Lidiya, deyə düĢündüm.
O gedəndə, mənə yalnız televizoru qoyub getmiĢdi,
çünki bilirdi ki, mən ona baxmıram.
Bayıra çıxdım, Lidiyanın maĢının orada dayansa da,
özü onun içində gözə dəymirdi.
– Lidiya, – deyə onu çağırdım. – Ey, əzizim!
Mən bir qədər maĢına yaxınlaĢdım, sonra isə küçəyə
çıxdım və yaxınlıqdakı çoxmənzilli binanın yanındakı
balaca ağacın arxasından onun ayaqlarının çıxdığını
gördüm, hər ikisini də. Ağaca yaxınlaĢdım və dedim:
– Bura bax, de görüm, lənət Ģeytana, sənə nə olub axı?
Lidiya dinməzcə orada dayanmıĢdı. Onun əllərində iki
polietilen torba dolu mənim kitablarım və bir qovluq rəsm
əsərlərim vardı.
Qulaq
as,
kitablarımı
və
rəsmlərimi
mənə
qaytarmalısan. Onlar mənə məxsusdur.
Lidiya ucadan qıĢqıraraq gizləndiyi ağacın dalından
çıxdı. O, rəsmləri paketdən çıxarıb bir-bir cırmağa baĢladı.
|