www.vivo-book.com
284
– Hə, nədi, öz kitablarını geri istəyirsən? Al, bu da sənə
lənətə gəlmiĢ kitabların! VƏ BĠR DƏ MƏNƏ ÖZ
QADINLARIN HAQQINDA HEÇ NƏ DANIġMA!
SƏNĠN QADINLARIN HAQQINDA HEÇ NƏ EġĠTMƏK
ĠSTƏMĠRƏM!
O anqıra-anqıra qapının ĢüĢələrini qırdığı vaxt mən
sakitcə durub baxırdım.
Bəs, lənətə gəlmiĢ polis hara itib, deyə düĢünürdüm.
Hansı cəhənnəmə yox olublar?
Sonra Lidiya məhəllənin cığırı ilə qaçmağa baĢladı,
zibil yeĢiyinin yanına çatanda bir sıçrayıĢla sola buruldu və
çoxmənzilli bina istiqamətində qaçdı. Mənim yazı makinam,
radiom və tosterim balaca kolun arxasına atılmıĢdı.
Lidiya yazı makinasını qamarladı və onunla birlikdə
küçənin ortasına qaçdı. O, köhnə dəbli ağır bir yazı makinası
idi. Lidiya iki əli ilə yazı makinasını baĢı üzərinə qaldırdı və
onu var gücü ilə asfalta çırpdı. Makinanın valı və bir neçə
baĢqa hissəsi uçaraq ətrafa səpələndi. O, yenə yazı
makinasını yerdən götürdü. BaĢı üzərinə qaldırdı və nəfəsi
yetdiyi qədər ucadan bağırdı:
|