www.vivo-book.com
315
onların üstündən əla Ģərab içirdim. Sən çox yaxĢı oğlansan.
Qırmızımtıl çəhrayı çanağında sən mənim hər zaman
xoĢuma gəlmisən, təhlükəli və astagəl hərəkətlərinlə.
Coanna Doverin evinə qayıdandan sonra biz əla bir
qırmızı Ģərab ĢüĢəsini içdik. Alaqaranlıqda oturub evin
önündəki küçədən keçən təkəmseyrək maĢınlara tamaĢa
etdik. Sakitcə oturmuĢduq. Sonra Coanna dilləndi:
– Henk?
– Nədi?
– Səni buraya gəlməyə bir qadınmı vadar eləyib?
– Hə.
– Onunla münasibətlərini bitirmisənmi?
– Mən özüm də belə düĢünmək istərdim. Lakin əgər
mən desəm ki, „yox‟…
– Deməli bunu hələ sən özün də bilmirsən?
– Əslində, mən də dəqiq bilmirəm.
– Görəsən, bu sualın cavabını kimsə dəqiq bilirmi?
– Məncə, yox.
– Məhz buna görə də bu iĢlərdən belə üfunət iyi gəlir.
– Hə, həqiqətən də bu iĢdən üfunət iyi gəlir.
|