www.vivo-book.com
324
– Ah, məni də özünlə apar, nə olar! Densini anamla
qoyaram. Mən də səninlə getmək istəyirəm!
– Səni özümlə heç cür götürə bilmərəm. Cibim buna
imkan vermir. Səni də aparsam bütün qazancımı itirərəm.
Son vaxtlar çox bədxərclik eləmiĢəm, xərclərim çox olub.
– Mən özümü yaxĢı aparacam! Söz verirəm, özümü elə
yaxĢı aparacam ki! Bir addım belə sənin yanından
aralanmayacam! Həqiqətən, sənin üçün çox darıxırdım.
– Mən bunu edə bilmərəm, Temmi.
Temmi soyuducuya yaxınlaĢıb açdı və bir pivə ĢüĢəsi
götürdü.
– Sən, sədəcə, məni heç vaxt qozuna almamısan. Sənin
o sevgi Ģeirlərin – onların hamısı boĢboğazlıq idi, heç biri
səmimi deyildi.
– Onları yazanda mən səmimi idim, onlar boĢboğazlıq
deyildi.
Elə bu dəmdə telefon zəng çaldı. Zəng vuran mənim
redaktorum idi.
– Sən hara yox olmuĢdun?