www.vivo-book.com
321
hey Ģəpliyirdi, səma isə zülmət qaranlığa bürünmüĢdü. Bu
sevgi oyunu açıq havada baĢ verdiyindən, uzun qollu
ulduzlar ilə ay onlara tamaĢa edirdilər. Hər yan çox isti,
qaynar idi və al-əlvan rənglərə boyanmıĢdı.
– Henk...
Mən yerimdən dik atıldım. Və geri çevrildim. Coanna
yenə arxamda dayanmıĢdı. Mən onun boğazından yapıĢdım:
– Ay səni sürtük, sənə demədimmi, bir də mənə
arxadan belə səssizcə yanaĢma...
57
Mən Coannanın evində beĢ gün və beĢ gecə qaldım.
Ondan sonra artıq dözə bilmədim. Coanna məni öz maĢını
ilə hava limanına apardı. O mənə yeni çamadan və bir neçə
dəst də təzə paltar almıĢdı. Onların Dallas-Fort Uort hava
limanından lap zəhləm gedirdi. Bu hava limanı ABġ-ın ən
insanlıqdan kənar aeroportu idi.
Coanna mənə əlini yellədi və mən havaya qalxdım...
Mənim Los-Ancelesə səfərim qəza-qədərsiz keçdi.
Təyyarədən düĢən kimi öz Folkvagenim haqqında
|