www.vivo-book.com
325
– Qalıvestona getmiĢdim. Materiallar yığmaq üçün
araĢdırma aparırdım.
– EĢitdiyimə görə, bu Ģənbə günü Nyu-York Sitidə
bədii qiraətin var.
– Hə, düzdü. Temmi də mənimlə getmək istəyir, o
mənim rəfiqəmdir.
– Onu da özünlə aparacaqsanmı?
– Yox, mənim cibim buna imkan vermir.
– Səfər üçün nə qədər xərc tələb olunur?
– O baĢ bu baĢa səfər üçün $316 dollar lazımdı.
– Həqiqətən, onu da özünlə aparmaq istəyirsənmi?
– Hə, məncə, pis olmazdı.
– YaxĢı, onu da özünlə apar. Mən sənə çek
göndərərəm.
– Ciddi sözündü?
– Bəli.
– Düzünü bilmək istəyirsənsə, nə deyəcəyimi, necə
təĢəkkür edəcəyimi bilmirəm...
– Dəyməz. Yalnız Dilan Toması xatırla yetər.
– Onlar məni öldürə bilməzlər.
|