www.vivo-book.com
322
düĢündüm. Liftə minib yuxarı, maĢın duracağına qalxdım.
Amma maĢını orada tapa bilmədim. Yəqin onu qoĢqu ilə
oradan aparıblar, deyə düĢündüm. Sonra o biri tərəfə keçdim
– və budur, maĢın orda dayanmıĢdı. Yeganə problem
dayanacaq üçün cərimə talonu oldu.
MaĢına minib evə gəldim. Mənzilim elə həmiĢə olduğu
kimi görünürdü – hər yana səpələnmiĢ ĢüĢələr və zir-zibil.
Burada bir balaca təmizlik iĢləri aparmalı olacaqdım. Əgər
kimsə buranı belə vəziyyətdə görsəydi, mənim cəmdəyimə
tüpürərdi.
Elə bu dəmdə qapı döyüldü. Qapımı açdım. Gələn
Temmi idi.
– Salam! – o dedi.
– Əleyküm salam.
– Sən gedəndə yəqin ki, çox tələsirmiĢsən. Heç bir qapı
kilidlənməmiĢdi. Arxa qapı isə taybatay açıq qalmıĢdı. Bura
bax, indi sənə deyəcəyim sözü heç kimə söyləməyəcəyinə
söz verirsənmi?
– YaxĢı, söz.
|