www.vivo-book.com
327
evdən çıxdım və Temminin qapısına yaxınlaĢıb onu
tıqqıldatdım. Temmi evdə yox idi. Evə qayıdıb sakitcə
oturdum. Birdən telefon zəng çaldı. Temmi idi.
– Bura bax, – mən dedim, – biz artıq səfərə çıxmaq
haqqında düĢünməliyik. Ġnsanlar məni Kennedi hava
Limanında qarĢılayacaqlar. Sən harda itmisən?
– Resept ilə dərman almaq üçün 6 dolarım çatmır. Mən
bir az “Kuaalud” almalıyam.
– Sən indi hardasan?
– Santa Monika Bulvarı ilə Qərb küçəsinin
kəsiĢməsindən bir az aĢağı, təxminən bir məhəllə aralı.
Burada bir aptek var, adı “BayquĢ”dur. Onu görmədən
yanından keçə bilməzsən.
Mən dəstəyi asdım, folksvagenimə mindim və onun
tapmaq üçün yola düĢdüm. MaĢını Santa Monika Bulvarı ilə
Qərb küçəsinin kəsiĢməsindən bir məhəllə aralı saxladım və
maĢından düĢüb ətrafa baxdım. Ətrafda aptek dükanı gözə
dəymirdi.
Yenə folksvagenimə mindim və maĢını sürə-sürə
Temminin qırmızı Kamarosunu axtarmağa baĢladım. Bir