www.vivo-book.com
332
Temmi mənim arxamca evdən çıxdı və biz folksvagenə
mindik. Mühərriki iĢə saldım. O qəfildən qapını açıb
maĢından düĢdü.
–
ÖZ
MAġINIMDAN
BƏZĠ
ġEYLƏRĠ
GÖTÜRMƏLĠYƏM!
Bunu deyib Temmi öz “Kamaro”suna tərəf qaçdı.
– Ah, səni zəhrimara qalasan, mən axı qapını
kilidləmiĢəm və məndə qapının açarı yoxdu! Səndə asılqan
varmı?
– Yox, –mən ona qıĢqırdım, – məndə asılqan-zad
yoxdu!
– Ġndi gəlirəm.
Temmi öz anasının evinə tərəf qaçdı. Qapının açıldığını
eĢitdim. Dansi gah ağlayır, gah da qıĢqırırdı. Sonra qapının
zərblə çırpılaraq bağlandığını eĢitdim və Temmi əlində
asılqanla geri qayıtdı. O öz “Kamaro”suna tərəf getdi və qısa
linglə qapını açmağa çalıĢdı.
Mən düĢüb onun maĢınına yaxınlaĢdım. Temmi artıq
maĢının içinə girmiĢdi. Arxa oturacaqda oturub maĢının
salonuna yığılmıĢ inanılmaz qarmaqarıĢıqlığın – paltarlar,
|